ƏSNƏDİKDƏ NƏ EDİLİR عن أبي هريرة عن النبي قال: (( إنَّ الله يحبُ العُطاسَ, ويكرهُ التثاؤُبَ, فإذا عَطَسَ أحدُكُمْ وحمدَالله, كانَ حقاً على كلِّ مُسلِم سمعُهُ أن يقولَ لهُ: يَرْحمُكَ الله, وأمّا التثاؤُبُ, فإنما هو من الشيطانِ, فإذا تثاؤب أحدكم فليردّهُ ما استطاع, فإنّ أحدكم إذا تثاؤبَ )وفي رواية: إذا قال: ها ) هاه( ضحكَ منهُ الشيطانُ )) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah asqırmağı sevər, əsnəməkdən isə xoşlanmaz. Biriniz asqırdıqda Allaha həmd etdiyində eşidən hər bir müsəlmana «Yərhəmukəllah» demək üzərinə haqq olur. Əsnəməyə gəldikdə isə o, şeytandandır. Buna görə də birinizin əsnəməyi gəldikdə gücü çatdığı qədər onu dəf etməyə çalışsın. Çünki əsnədiyi zaman şeytan ona gülər”1194.
عن أبي هريرة : أن رسول الله صلى الله عليه و سلم قال العطاس من الله والتثاؤب من الشيطان فإذا تثاءب أحدكم فليضع يده على فيه وإذا قال آهآه فإن الشيطان يضحك من جوفه وإن الله يحب العطاس ويكره التثاؤب فإذا قال الرجل آهآه إذا تثائب فإن الشيطان يضحك في جوفه. قال الشيخ الألباني : حسن صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Asqırmaq Allahdan, əsnəmək isə şeytandandır. Biriniz əsnədiyi zaman əlini ağzına qoysun. Əsnədiyi zaman Ha Ha Ha deyərsə şeytan içindən gülər ona. Allah asqırmağı sevir, lakin əsnəməkdən xoşlanmaz. Kişi əsnədiyi zaman Ha Ha Ha deyərsə şeytan içindən gülər ona”1195.
عن عدي بن ثابت عن أبيه عن جده رفعه قال : العطاس والنعاس والتثاؤب في الصلاة والحيض والقيء والرعاف من الشيطان. قال الشيخ الألباني : ضعيف
Adiy İbn Sabit atasından, o da babasından mərfu olaraq rəvayət edir ki: “Asqırmaq, mürgüləmək, əsnəmək namazda, heyz, qusmaq və burun qanaması şeytandandır”1196.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا تَثَاءَبَ أَحَدُكُمْ فِي الصَّلَاةِ فَلْيَضَعْ يَدَهُ عَلَى فِيهِ فَإِنَّ الشَّيْطَانَ يَدْخُلُ مَعَ التَّثَاؤُبِ. قال الشيخ الألباني : صحيح
Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz namazda əsnədikdə bacardığı qədər onu dəf etməyə çalışsın. Çünki şeytan (ağzına) girər»1197.
سَعِيدٍ الْخُدْرِىِّ يُحَدِّثُ أَبِى عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « إِذَا تَثَاوَبَ أَحَدُكُمْ فَلْيُمْسِكْ بِيَدِهِ عَلَى فِيهِ فَإِنَّ الشَّيْطَانَ يَدْخُلُ ». قال الشيخ الألباني : صحيح
Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz əsnədikdə əli ilə ağzını tutsun. Çünki şeytan (ağzına) girər»1198.
عن بن عباس قال إذا تثاءب فليضع يده على فيه فإنما هو من الشيطان" قال الشيخ الألباني : صحيح
İbn Abbas dedi: “(Sizdən biriniz) əsnədikdə əlini ağzına tutsun. Çünki bu (əsnəmək) şeytandandır”1199.