XOŞA GƏLMƏYƏN BİR HADİSƏ BAŞ VERDİKDƏ YAXUD İSTƏDİYİ BİR İŞ BAŞ TUTMADIQDA EDİLƏN DUA عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « الْمُؤْمِنُ الْقَوِىُّ خَيْرٌ وَأَحَبُّ إِلَى اللَّهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ وَفِى كُلٍّ خَيْرٌ احْرِصْ عَلَى مَا يَنْفَعُكَ وَاسْتَعِنْ بِاللَّهِ وَلاَ تَعْجِزْ وَإِنْ أَصَابَكَ شَىْءٌ فَلاَ تَقُلْ لَوْ أَنِّى فَعَلْتُ كَانَ كَذَا وَكَذَا. وَلَكِنْ قُلْ قَدَرُ اللَّهِ وَمَا شَاءَ فَعَلَ فَإِنَّ لَوْ تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ ». قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Güclü mömin Allaha zəif mömindən daha çox sevimli və xeyirlidir. Lakin onların hər ikisində də xeyir vardır. Hər bir işdə özünə faydalı olanı etməyə səy göstər. Allahdan kömək dilə, (Allaha sığın) aciz olma. Başına bir müsibət gələrsə demə: “Əgər belə etsəydim belə belə olardı”. De ki: “Allahın qəza və qədəri bu imiş. O, nə dilərsə onu da edər” de. Çünki Əgər sözü şeytanın əməlinə yol açır”1258.