MÜSƏLMANIN ÖZ NƏFSİ, MALI VƏ ƏHLİ ƏLEYHİNƏ (BƏD) DUA ETMƏSİNİN QADAĞAN EDİLMƏSİ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « لاَ تَدْعُوا عَلَى أَنْفُسِكُمْ وَلاَ تَدْعُوا عَلَى أَوْلاَدِكُمْ وَلاَ تَدْعُوا عَلَى خَدَمِكُمْ وَلاَ تَدْعُوا عَلَى أَمْوَالِكُمْ لاَ تُوَافِقُوا مِنَ اللَّهِ تَبَارَكَ وَتَعَالَى سَاعَةَ نَيْلٍ فِيهَا عَطَاءٌ فَيَسْتَجِيبَ لَكُمْ ». قال الألباني : صحيح
Cabir İbn Abdillah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Özünüzə (bəd) dua etməyin, uşaqlarınıza (bəd) dua etməyin, xidmətçilərinizə (bəd) dua etməyin, mallarınıza (bəd) dua etməyin. Ola bilər ki, Allahdan istənilənlərin qəbul edildiyi bir zamana yetişsin Allah da dilədiyinizi qəbul etsin”1280.
Ummu Sələmə rəvayət edir ki, Peyğəmbər Əbu Sələmənin yanına daxil oldu. Gözləri açıq qalmışdı onları bağladı sonra buyurdu: “Həqiqətən ruh çıxdığı zaman gözlər onu təqib edər”. Bu sözlərdən sonra ev əhlindən bəziləri fəryad etməyə başladılar. Peyğəmbər: “Xeyirdən başqa dua etməyin. Çünki mələklər söylədiyiniz (hər bir) sözə amin deyirlər....”1281.