İMANINDA ŞƏKK EDƏN KİMSƏ NƏ ETMƏLİDİR عن أبي هريرة قال: قال رسول الله : (( يأتي شيطان أحدكم فيقول : من خلق كذا ؟! من خلق كذا من كذا؟! حتى يقول: من خلق ربك ؟! فإذا بلغه فليستعذ بالله ولينته)) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Şeytan sizdən birinizin yanına gələrək: Filan şeyi kim yaratdı, bəs filan, filan şeyi kim yaratdı? Hətta deyər: Bəs sənin Rəbbini kim yaratdı? Bu düşüncəyə çatan kimsə həmən Allaha sığınsın. Şəkk etdiyi şeyi tərk etməlidir”1302.
عن عائشة رضي الله عنها قالت: قال رسول الله : ((إِنَّ أَحَدَكُمْ يَأْتِيهِ الشَّيْطَانُ فَيَقُولُ مَنْ خَلَقَكَ فَيَقُولُ اللَّهُ فَيَقُولُ فَمَنْ خَلَقَ اللَّهَ فَإِذَا وَجَدَ ذَلِكَ أَحَدُكُمْ فَلْيَقْرَأْ آمَنْتُبِاللَّهِوَرُسُلِهِ فَإِنَّ ذَلِكَ يُذْهِبُ عَنْهُ)) قال الشيخ الألباني : صحيح
Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Şeytan sizdən birinizin yanına gələrək: “Səni kim yaratdı?” deyər. Sən: “Allah” de. Sonra: “Bəs onda Allahı kim yaradıb?” desə dərhal: “Əməntu Billəhi Və Rasuluhu – Mən Allaha və Onun Rəsuluna iman etdim” desə dərhal ondan gedər (vəsvəsə)”1303.
قال رسول الله : (( يُوشِكُ الناسُ يتساءلُونَ بينهم, حتى يقولُ قائلُهُم: هذا اللهُ خَلَقَ الخَلْقَ, فمنْ خلَقَ الله عز وجل ؟ فإذا قالوا ذلك, فقولوا: اللهأحدٌاللهُالصمدُلميلدْولميولدْولميكُنْلهُكُفُواًأحدٌ ثم ليتفلْ أحدُكُم عنَ يسارِهِ ثلاثاً, ليستعِذْ من الشَّيطانِ)) قال الشيخ الألباني : صحيح
Peyğəmbər buyurdu: “Qorxulur ki, insanlar öz aralarında soruşacaqlar. Onlardan biri deyəcəkdir: “Bu Alladır, məxluqatı xəlq etdib. Bəs Allahı kim xəlq edib?“. (Bu zaman) Siz deyin: De:“O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (əl-İxlas 1-4).Sonra sol tərəfinə 3 dəfə tüpürsün və Allaha sığınsın Şeytanın şərindən”1304.
حَدَّثَنَا أَبُو زُمَيْلٍ قَالَ سَأَلْتُ ابْنَ عَبَّاسٍ فَقُلْتُ مَا شَىْءٌ أَجِدُهُ فِى صَدْرِى قَالَ مَا هُوَ قُلْتُ وَاللَّهِ مَا أَتَكَلَّمُ بِهِ. قَالَ فَقَالَ لِى أَشَىْءٌ مِنْ شَكٍّ قَالَ وَضَحِكَ. قَالَ مَا نَجَا مِنْ ذَلِكَ أَحَدٌ – قَالَ – حَتَّى أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ (فَإِنْكُنْتَفِىشَكٍّمِمَّاأَنْزَلْنَاإِلَيْكَفَاسْأَلِالَّذِينَيَقْرَءُونَالْكِتَابَمِنْقَبْلِكَ) الآيَةَ قَالَ فَقَالَ لِى إِذَا وَجَدْتَ فِى نَفْسِكَ شَيْئًا فَقُلْ (هُوَالأَوَّلُوَالآخِرُوَالظَّاهِرُوَالْبَاطِنُوَهُوَبِكُلِّشَىْءٍعَلِيمٌ) قال الألباني: حسن الإسناد.
Əbu Zumeyl deyir ki, İbn Abbasdan soruşdum: “Qəlbimdə bir şeylər hiss edirəm”. O: “Nədir o (hisslər)” dedi. Mən: “Vallahi onları söyləməkdən (həya edirəm)” dedim. O gülərək: “Şübhədir, bundan heç kəs qurtulmamışdır”. Hətta Allah: “Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma”. (Yunus 94) nazil etdi. Əgər içində şübhə etdiyin bir şey tapsan de: Huvəl Əvvəlu Vəl Əxiru Vəz Zahiru Vəl Bətinu Və Huvə Bikulli Şeyin Alim – Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir - əl-Hədid 3”1305.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ جَاءَهُ نَاسٌ مِنْ أَصْحَابِهِ فَقَالُوا يَا رَسُولَ اللَّهِ نَجِدُ فِى أَنْفُسِنَا الشَّىْءَ نُعْظِمُ أَنْ نَتَكَلَّمَ بِهِ أَوِ الْكَلاَمَ بِهِ مَا نُحِبُّ أَنَّ لَنَا وَأَنَّا تَكَلَّمْنَا بِهِ. قَالَ « أَوَقَدْ وَجَدْتُمُوهُ ». قَالُوا نَعَمْ. قَالَ « ذَاكَ صَرِيحُ الإِيمَانِ ». قال الألباني: صحيح.
Əbu Hureyrə rəvayət edir ki, səhabələrindən bir dəstə Peyğəmbərin yanına gələrək: “Ey Allahın Rəsulu! İçimizdə (nəfsimizdə) elə bir şeylər hiss edirik ki, onları dilə gətirməyə belə (həya edir) böyük (qəbahət) sayırıq”. Peyğəmbər: “Bu şeylər hiss edirsinizmi (nəfsinizdə bunları tapırsınızmı)” deyə buyurdu. Biz: “Bəli” dedik. O: “Bu açıq-aydın imandır” deyə biuyurdu1306.
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ –صلى الله عليه وسلم- فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ أَحَدَنَا يَجِدُ فِى نَفْسِهِ – يُعَرِّضُ بِالشَّىْءِ – لأَنْ يَكُونَ حُمَمَةً أَحَبُّ إِلَيْهِ مِنْ أَنْ يَتَكَلَّمَ بِهِ فَقَالَ « اللَّهُأَكْبَرُاللَّهُأَكْبَرُاللَّهُأَكْبَرُالْحَمْدُلِلَّهِالَّذِىرَدَّكَيْدَهُإِلَىالْوَسْوَسَةِ ». قال الألباني: صحيح.
İbn Abbas rəvayət edir ki, bir nəfər Peyğəmbərin yanına gələrək: “Ey Allahın Rəsulu! Bizlərdən biri içində ona (sıxıntı) verən bir hisslər hiss edir. Onun (yanıb) kömür olması onu başqalarına danışmasından daha sevimlidir”. Peyğəmbər: “Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər Əlhəmdulilləhilləzi Raddə Kəydəhu İlə Vəsvəsəti – (Şeytanın) vəsəvəsəsini məhv edən (pozan) Allaha həmd olsun”1307.