SƏDƏQƏ ZƏKAT VERƏNƏ EDİLƏN DUA عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا مِنْ يَوْمٍ يُصْبِحُ الْعِبَادُ فِيهِ إِلَّا مَلَكَانِ يَنْزِلَانِ فَيَقُولُ أَحَدُهُمَا اللَّهُمَّأَعْطِمُنْفِقًا خَلَفًا وَيَقُولُ الْآخَرُ اللَّهُمَّ أَعْطِ مُمْسِكًا تَلَفًا . قال الشيخ الألباني : صحيح
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər səhər insanlar yuxudan oyandıqda, yer üzünə iki mələk enir. Onlardan biri: “Allahummə Əatı Munfiqan –Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini ver!”– deyir. Digəri isə: “Allahım, (malını xərcləməkdə) xəsislik edən hər kəsin (malını) tələf et!”– deyir1308.
عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِي أَوْفَى قَالَ كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاهُ قَوْمٌ بِصَدَقَتِهِمْ قَالَ اللَّهُمَّ صَلِّ عَلَى آلِ فُلَانٍ فَأَتَاهُ أَبِي بِصَدَقَتِهِ فَقَالَ اللَّهُمَّ صَلِّ عَلَى آلِ أَبِي أَوْفَى . قال الشيخ الألباني : صحيح
Abdullah İbn Əbu Əufə demişdir: “Birisi Peyğəmbərə sədəqə gətirəndə, (Peyğəmbər onun üçün dua edib) deyərdi: “Allahım, filankəsin ailəsinə xeyir-dua ver!” Atam Peyğəmbərə sədəqə gətirdikdə, o buyurdu: “Allahım, Əbu Əufənin ailəsinə xeyir-dua ver!”1309.