Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə283/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   279   280   281   282   283   284   285   286   ...   386
دعاء من أصيب بمصيبة

MÜSİBƏTƏ DÜÇAR OLANIN DUASI
وقالت أم سلمة  سمعت رسول الله  يقول: ((مَا مِنْ عَبْدٍ تُصِيبُهُ مُصِيبَةٌ فَيَقُولُ: إِنَّا للهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ اللَّهُمَّ أْجُرْنِي فِي مُصِيبَتِي وَأَخْلِفْ لِي خَيْراً مِنْهَا, إلا آجَرَهُ الله في مصيبته, وأخلَفَ له خيراً منها )) إِلاَّ أَجَرَهُ اللَّهُ فِى مُصِيبَتِهِ وَأَخْلَفَ لَهُ خَيْرًا مِنْهَا ». قَالَتْ فَلَمَّا تُوُفِّىَ أَبُو سَلَمَةَ قُلْتُ كَمَا أَمَرَنِى رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- فَأَخْلَفَ اللَّهُ لِى خَيْرًا مِنْهُ رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- قال الشيخ الألباني : صحيح
Ummu Sələmə  rəvayət edir ki, Peyğəmbərdən  eşitdim ki: “Hər hansı bir qul müsibətə düçar olduğu zaman deyərsə: “İnnə Lilləhi Və İnnə İleyhi Raciun, Allahummə’curni Fi Musiybətiy Və Əxlif Liy Xayran Minhə – Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım! Başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver! – Allah ona müsibətinə görə əcr verər və ona bundan daha xeyirlisi ilə əvəz edər. (Öz-özümə: Əbu Sələmədən  daha xeyirli kim ola bilər. Ailəsi ilə birlikdə ilk hicrət edənlərdəndir) Ummu Sələmə  deyir ki: “Əbu Sələmə  vəfat etdikdə Peyğəmbərin  mənə əmr etdiyi kimi söylədim və Allah mənə ondan da xeyirli olanı Rəsulullahı verdi”1375.
عن أبي موسى الأشعري  قال رسول الله : (( إذا مات ولد الرجل يقول الله تعالى لملائكته: أقبضتم ولد عبدي؟ فيقولون: نعم, فيقول: أقبضتم ثمرة فؤاده؟ فيقولون: نعم, فيقول: فماذا قال عبدي؟ قال: حمدك واسترجع فيقول: ابنوا لعبدي بيتاً وسموه بيت الحمد )) قال الشيخ الألباني : حسن
Əbu Musa əl-Əşari  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir qulun uşağı vəfat etdiyi zaman Allah mələklərinə: “Siz Mənim qulumun uşağını aldınız”. Onlar: “Bəli” dedilər. Allah: “Qulumun könlünün meyvəsinimi aldınız”. Onlar: “Bəli” dedilər. Allah: “Qulum nə dedi?”. Onlar: “Sənə həmd etdi və: İnnə Lilləhi Və İnnə İleyhi Raciun – Biz Allahınıq və Ona tərəf da dönəcəyik” deyə cavab verdi. Uca və Böyük olan Allah: “Qulum üçün Cənnətdə bir ev tikin və adını da”Həmd Evi” qoyun” deyə buyurar1376.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin