Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə295/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   291   292   293   294   295   296   297   298   ...   386
دعاء المسافر للمقيم

MÜSAFİRİN SAKİNLƏR ÜÇÜN ETDİYİ DUA
عن أبي هريرة  عن النبي  قال: (( من أرادَ أنْ يسافرَ فليقلْ لمن يخلِّفُ أَسْتَوْدِعُكُمُ اللهَ الَّذِي لاَ تَضِيعُ وَدَائِعُهُ)) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Səfərə çıxanın qalanlar üçün etdiyi dua: “Əstəudiukumullahəlləzi Lə Tədiyu Vədəiuhu – Sizi (Özünə həvalə edilmiş) əmanətləri itməyən Allaha əmanət edirəm!”1405.
دعاء ركوب الدابة

MİNİK VASİTƏSİNƏ MİNƏRKƏN EDİLƏN DUA
عن على بن ربيعة قال: شهدتُ علياً بن أبي طالب  أُتى بدابةٍ ليركبهَا فلمَّا وضعَ رجلهُ في الركابِ, قال: بسمِ اللهِ ـ ثلاثاً ـ فلمَّا استوى على ظهرها, قال: الحمدُ للهِ, ثمَّ قال:  سبحانَ الذي سخرَ لنا هذا وما كنَّا لهُ مقرنينَ, وإنَّا إلى ربنا لمنقلِبُونَ  ثُمَّ حَمِدَ اللَّهَ ثَلاَثاً. وَاللَّهُ أَكْبَرُ ثَلاَثاً )ثُمَّ قَالَ سُبْحَانَ اللَّهِ ثَلاَثاً ثُمَّ قَالَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ(. ثم قال: سُبحانكُ إني قدْ ظلَمْتُ نفسي, فاغفِرْ لـي, فإنهُ لا يغفـرُ الذُّنُوبَ إلا أنتَ, ثم ضحكَ, قلتُ: من أيِّ شيءٍ ضَحِكتَ يا أمير المؤمنينَ؟! قال: رأيتُ رسولَ الله  صنعَ كمَا صنعْتُ, ثمَّ ضَحِكَ فقلت: من أي شيءٍ ضحكتَ يا رسولَ الله؟! قال : (( إنَّ ربكَ ليعجبُ منْ عبدهِ, إذا قالَ: ربِّ ! اغفرْ لي ذُنُوبي, إنَّهُ لا يغفرُ الذنوب غيرك )) قال الشيخ الألباني : صحيح
Əli İbn Rabiə deyir ki, mən Əlinin  miniyin tərkinə minməsi üçün bir minik gətrildi. O, ayağını miniyinin üzəngisinə qoyanda 3 dəfə: “Bismilləh – Allahın adı ilə!”- dedi. Miniyə minib oturduqda: Əlhəmdulilləh – Allaha həmd etdi”. Subhənəlləzi Səxxara Lənə Həzə Və Mə Kunnə Ləhu Muqrininə Və İnnə İlə Rabbinə Ləmunqalibun – Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq” (əz-Zuxruf 13-14). Sonra 3 dəfə: Əlhəmdulilləh, Əlhəmdulilləh, Əlhəmdulilləh, 3 dəfə: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər (Başqa rəvayətdə: 3 dəfə: Subhənəllah, Subhənəllah, Subhənəllah, Sonra: Lə İləhə İllə Ənt). Sonra: “Subhanəkə İnniy Zaləmtu Nəfsiy Fəğfir Liy, Fəinnəhu Lə Yəğfiruz Zunubə İllə Ənt – Allahım, Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan” dedi və güldü. Mən soruşdum: “ Ey möminlərin əmiri! Səni güldürən nədir?” O dedi: “Mən Allah Elçisinin  miniyinin tərkində yol getmişəm. O da mənim etdiyim kimi etdi və güldü”. Mən də: “Ey Allahın Elçisi! Səni güldürən nədir?”- deyə soruşdum. O dedi: “Uca və Böyük olan Allah qulunun bu cür deməsinə təəccüb edir: “Məni bağışla! Şübhəsiz ki, günahları Səndən başqa bağışlayan yoxdur”1406.
ثَوْبَانَ عَنْ أَبِي لَاسٍ الْخُزَاعِيِّ قَالَ حَمَلَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى إِبِلٍ مِنْ إِبِلِ الصَّدَقَةِ لِلْحَجِّ فَقُلْنَا يَا رَسُولَ اللَّهِ مَا نَرَى أَنْ تَحْمِلَنَا هَذِهِ قَالَ مَا مِنْ بَعِيرٍ لَنَا إِلَّا فِي ذُرْوَتِهِ شَيْطَانٌ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا إِذَا رَكِبْتُمُوهَا كَمَا أَمَرْتُكُمْ ثُمَّ امْتَهِنُوهَا لِأَنْفُسِكُمْ فَإِنَّمَا يَحْمِلُ اللَّهُ عَزَّ وَجَلَّ. قال الشيخ الألباني : حسن صحيح
Sovban, Əbu Ləsin əl-Xuzaidən  rəvayət edir ki, Peyğəmbər  həccə getdikdə bizi sədəqə dəvələrindən birnin belinə almışdı. Biz bu dəvələrin bizləri aparamasını (gücü yetəcəyini) düşünmürük. Peyğəmbər: “Elə bir dəvəmiz yoxdur ki, onun belində şeytan olmasın. Ona görə də sizə əmr etdiyim kimi miniyə mindikdə Allahın adını zikr etdn Sizi daşımasından aciz olmasını düşünməyin. Həqiqtən sizi daşıyan Allahdır”1407.
قَالَ أَخْبَرَنِي مُحَمَّدُ بْنُ حَمْزَةَ أَنَّهُ سَمِعَ أَبَاهُ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ عَلَى ظَهْرِ كُلِّ بَعِيرٍ شَيْطَانٌ فَإِذَا رَكِبْتُمُوهَا فَسَمُّوا اللَّهَ عَزَّ وَجَلَّ ثُمَّ لَا تُقَصِّرُوا عَنْ حَاجَاتِكُمْ. قال الشيخ الألباني : حسن صحيح
Muhəmməd İbn Həmzə deyir ki, atamdan o da Peyğəmbərdən  eşitdim ki, buyurdu: “Hər bir dəvənin belində şeytan vardır. Mindiyini zaman “Bismlləh” deyin, sonra heyvanın ehtiyaclarını (yemək və içməyini) kəsməyin”1408.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin