Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR


صفة التلبية TƏLBİYYƏ (ALLAHIN ƏMRİNƏ MÜNTƏZİR OLMAQ)



Yüklə 17,81 Mb.
səhifə303/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   299   300   301   302   303   304   305   306   ...   386
صفة التلبية

TƏLBİYYƏ (ALLAHIN ƏMRİNƏ MÜNTƏZİR OLMAQ)
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ  «مَا مِنْ أَيَّامٍ الْعَمَلُ الصَّالِحُ فِيهَا )أعظم عند الله( أَحَبُّ إِلَى اللَّهِ مِنْ هَذِهِ الأَيَّامِ». يَعْنِى الْعَشْرَ. )فأكثروا فيهن من التسبيح والتحميد والتهليل والتكبير( قَالُوا يَا رَسُولَ اللَّهِ وَلاَ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ قَالَ «وَلاَ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ إِلاَّ رَجُلٌ خَرَجَ بِنَفْسِهِ وَمَالِهِ فَلَمْ يَرْجِعْ مِنْ ذَلِكَ بِشَىْءٍ». قال الشيخ الألباني : صحيح
İbn Abbas  rəvayət edir ki, Allah Elçisi  buyurmuşdur: “(Zül-Hiccə ayının) bu on günündə edilən yaxşı əməllər Allaha digər günlərdə edilən əməllərdən daha sevimlidir (Allah dərgahında daha əzəmətlidir)”. (Başqa rəvayətdə: “Bu günlərdə Təsbih (Subhənəllah), Təhmid (Əlhəmdulilləh), Təhlil (Lə İləhə İlləllah), Təkbir (Allahu Əkbər) və deməyi çoxaldın!”1420). Dedilər: “Ey Allahın Elçisi, Allah yolunda edilən cihaddan da?!” Allah Elçisi: “Allah yolunda edilən cihaddan da! Yalnız öz canı və malı ilə Allah yolunda cihada gedib qayıtmayan (yəni şəhid olan) kişi müstəsnadır”1421.
قال الشيخ الألباني : ويستقبل القبلة قائماً, ثم يلبي بالعمرة أو بالحـج و العمـرة ويقول: (( اللهم هذه حجة لا رياء فيها ولا سمعة )) قال الشيخ الألباني : صحيح
Şeyx əl-Albani  deyir ki: “(Həci) ayaqüstə qibləyə yönəlir, sonra ümrə və ya ümrə və həcc üçün təlbiyyə edir”. Sonra: “Allahummə Həzihi Həccətu Lə Riyaəu Fihə Və Lə Suma – Allahım! Bu həcc riya (göstəriş) və şöhrət (qazanmaqdan) uzaqdır”1422.
ويلبي بتلبية النبي  : ((لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الْحَمْدَ، وَالنِّعْمَةَ، لَكَ وَ الْمُلْكَ، لاَ شَرِيكَ لَكَ)) وكان لا يزيد عليها. قال الشيخ الألباني : صحيح
Peyğəmbərin  Təlbiyəsi: “Ləbbeykəllahummə Ləbbeyk, Ləbbeykə Lə Şəriykə Ləkə Ləbbeyk, İnnəlhəmdə Vənni’mətə, Ləkə Vəl Mulkə, Lə Şəriykə Lək – Hüzurundayam, Allahım hüzurundayam! Hüzurundayam, Sənin şərikin yoxdur, hüzurundayam! Həmd Sənədir. Nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur!” və buna heç bir şey əlavə etməzdi1423.
وكان في تلبيته لَبَّيْكَ إله الحقّ, )لَبَّيكَ() التزام تلبيته  أفضل, وإن كانت الزيادة عليها جائزة لإقرار النبي  الناس الذين كانوا يزيدون. قال الشيخ الألباني : صحيح
Peyğəmbər  Təlbiyyədə buyurardı: “Ləbbeykə İləhul Həqq (Ləbbeykə) – Hüzurundayam – haqq olan İlah”. Peyğəmbər  Təlbiyyə (sözlərinə) tabe olmaq ən xeyirli olanıdır. Lakin təlbiyyə sözlərinə əlavələrin edilməsində bir problem yoxdur. Çünki Peyğəmbər  insanların onun təlbiyyəsinə etdikləri əlavələrə heç bir söz deməmişdir1424.
قولهم: لبيك ذا المعارج, لبيك ذا الفواضل. قال الشيخ الألباني : صحيح
Deyilir ki: “Ləbbeykə Zul Məaric, Ləbbeykə Zul Favadl – Hüzurundayam – Ey dərəcələr sahibi, Hüzurundayam – Ey rəhmət sahibi”.
قَالَ وَكَانَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ – رضى الله عنهما – يَزِيدُ فِيهَا لَبَّيْكَ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ بِيَدَيْكَ لَبَّيْكَ وَالرَّغْبَاءُ إِلَيْكَ وَالْعَمَلُ. قال الشيخ الألباني : صحيح
İbn Ömər  təlbiyyənin sözlərinə əlavə edərdi: “Ləbbeykə Ləbbeykə Və Səadəykə, Vəl Xayru Biyədeykə Ləbbeykə, Vərrağbəu İleykə Vəl Aməl – “Hüzurundayam – Sənin izninlə Sənə təslim olmuşam, xeyir bütünlüklə Sənin əlindədir, əməllərim və işlərimlə Sənə yönəlirəm”1425.
عَنْ أَبِي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُوْلُ اللهِ : «مَا أَهَلَّ مُهِلٌّ قَطّ ألاَّ بُشِّرَ، وَلاَ كَبَّرَ مُكَبِّرٌ قَطّ إِلاَّ بُشِّرَ». قِيلَ: يَا رَسُوْلَ اللهِ! بِالْجَنَّةِ؟ قَالَ: «نَعَمْ». قال الشيخ الألباني : حسن
Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Təlbiyyə”1426 söyləyən elə bir kəs yoxdur ki, o müjdələnməsin. Habelə, təkbir söyləyən elə bir kəs yoxdur ki, o müjdələnməsin”. Soruşdular: “Ey Allahın Elçisi, Cənnətlə?”. O: “Bəli”– deyə buyurdu”1427.


Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin