الدعاء على الصفا والمروة
SƏFA VƏ MƏRVA TƏPƏSİNDƏ EDİLƏN DUA
عن جابر قال: ثم خرج النبي إلى الصفا فلما دنا من الصفا قرأ: إنَّ الصَّفَا والمروَةَ مِنْ شَعَائِرِ الله, فمنْ حَجَّ البَيتَ أو اعتمرَ فلا جُنَاحَ عَلَيهِ أن يَطَّوَّفَ بِهِمَا, ومن تَطَوَّعَ خيراً فإنّ اللهَ شَاكِرٌ عَلِيمٌ نبدأ بما بدأ الله به فبدأ بالصفا فرقى عليه, حتى رأى البيت )الكعبة(, فاستقبل القبلة, فوحد الله, وكبره ثلاثاً )اللهُ أكبرُ, اللهُ أكبرُ, اللهُ أكبرُ( وقال: لا إلهَ إلا الله وحدَهُ لا شريكَ له, له الملكُ, وله الحمدُ, يحيي ويميت, وهو على كل شيء قدير, لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الأَحْزَابَ وَحْدَهُ. يقول ذلك ـ ثلاث مرات ـ ويدعو بين ذلك )أي بين التهليلات بما شاء من الدعاء بما فيه خير الدنيا والآخرة( ثم يفعل على المروة, كما فعل على الصفا. قال الشيخ الألباني : صحيح
Cabir rəvayət edir ki, sonra Peyğəmbər Səfa təpəsinə çıxaraq buyurdu: “İnnəs Səfa Vəl Mərvatə Min Şəairilləh, Fə Mən Həccəl Beytə Əu İtəməra Fə Lə Cunəhə Aleyhi Ən Yəttavvəfə Bihimə Və Mən Tətavvəa Xayran Fəinnəllahə Şəkirun Əlim – Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir”. (əl-Bəqərə 158). Sonra – Nəbdəu Bimə Bədə Allahu Bihi – Allah nə ilə başlamışsa, mən də onunla başlayıram!” dedi. Sonra Səfadan başlayıb onun üstünə qalxdı, Kəbəni görəndə isə üzünü qibləyə tərəf tutub “Lə İləhə İlləllah” və “Allahu Əkbər” 3 dəfə söylədi və: “Lə İlahə İlləllahu Vahdəhu Lə Şərikə Ləhu, Ləhul Mulku Və Ləhul Həmdu Yuhyi Və Yumitu Və Huvə Alə Kulli Şeyin Qadir, Lə İlahə İlləllahu Vahdəhu, Əncəzə Va’dəhu, Və Nəsara Abdəhu Və Həzəməl Əhzabə Vəhdəhu – Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Öldürən və Dirildəndə Odur! O hər şeyə Qadirdir. Allahdan başqa məbud yoxdur, O təkdir. Allah vədini yerinə yetirdi, quluna kömək etdi və (düşmənlərdən olan) dəstələri tək Özü məğlub etdi!”. Peyğəmbər duanı üç dəfə təkrarladı və hər birinin arasında da (Allaha) dua etdi. (Təhlillər arasında istədiyi duanı seçər onunla dünya və axirət xeyirini istəyərdi). Peyğəmbər Mərvada da eyni ilə Səfada etdiklərini etdi1441.
Dostları ilə paylaş: |