Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR


FİLAN FİLAN AYƏNİ UNUTMUŞAM DEMƏYİN QADAĞAN OLUNMASI



Yüklə 17,81 Mb.
səhifə321/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   317   318   319   320   321   322   323   324   ...   386
FİLAN FİLAN AYƏNİ UNUTMUŞAM DEMƏYİN QADAĞAN OLUNMASI
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « عُرِضَتْ عَلَىَّ أُجُورُ أُمَّتِى حَتَّى الْقَذَاةُ يُخْرِجُهَا الرَّجُلُ مِنَ الْمَسْجِدِ وَعُرِضَتْ عَلَىَّ ذُنُوبُ أُمَّتِى فَلَمْ أَرَ ذَنْبًا أَعْظَمَ مِنْ سُورَةٍ مِنَ الْقُرْآنِ أَوْ آيَةٍ أُوتِيَهَا رَجُلٌ ثُمَّ نَسِيَهَا ». قال الألباني : ضعيف .
Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Məsciddən çıxarılan bir toz dənəsinə kimi ümmətimin əcirləri (savabları) mənə ərz edildi. Və yenə ümmətimin günahları da mənə ərz edildi. Quluma əta olunan Surə və ya ayəni unutmasından daha əzəmətli günah görmədim”1502.
عَنْ سَعْدِ بْنِ عُبَادَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « مَا مِنِ امْرِئٍ يَقْرَأُ الْقُرْآنَ يَنْسَاهُ إِلاَّ لَقِىَ اللَّهَ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ أَجْذَمَ ». قال الألباني : ضعيف .
Sad İbn Ubadə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qurani Kərimi oxuyub (əzbərləyib) sonra da unudan kimsə Qiyamət günü Rəbbi ilə şikəst əli ilə (əli kəsilmiş) olarak qarşılaşır”1503.
عَنْ ابْنِ عُمَرَ  أَنَّ رَسُولَ اللَّهِ  قَالَ: إِنَّمَا مَثَلُ صَاحِبِ الْقُرْآنِ كَمَثَلِ صَاحِبِ الإِبِلِ الْمُعَقَّلَةِ إِنْ عَاهَدَ عَلَيْهَا أَمْسَكَهَا وَإِنْ أَطْلَقَهَا ذَهَبَتْ.
İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quranı əzbərdən bilən adam dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar, yox, əgər başlı-başına buraxarsa, onlar qaçıb gedərlər”1504.
عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ –صلى الله عليه وسلم- بِمَعْنَى حَدِيثِ مَالِكٍ وَزَادَ فِى حَدِيثِ مُوسَى بْنِ عُقْبَةَ « وَإِذَا قَامَ صَاحِبُ الْقُرْآنِ فَقَرَأَهُ بِاللَّيْلِ وَالنَّهَارِ ذَكَرَهُ وَإِذَا لَمْ يَقُمْ بِهِ نَسِيَهُ ».
İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quran sahibi gecə və gündüz duraraq Quran oxuyarsa (Quran) yadında qalar, yox əgər oxumazsa unudar”1505.
عَنْ عَبْدِ اللَّهِ  قَالَ: قَالَ النَّبِيُّ  بِئْسَ مَا لأَحَدِهِمْ أَنْ يَقُولَ نَسِيتُ آيَةَ كَيْتَ وَكَيْتَ بَلْ نُسِّيَ وَاسْتَذْكِرُوا الْقُرْآنَ فَإِنَّهُ أَشَدُّ تَفَصِّيًا مِنْ صُدُورِ الرِّجَالِ مِنْ النَّعَمِ.
Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Birinizin: “Filan və filan ayəni unutmuşam”– deməsi necə də pisdir! Əksinə, bu ona unutdurulmuşdur. Elə isə Quranı (təkrar-təkrar) öyrənməyə davam edin! Çünki Quran, kəndirdən qırılıb qaçan heyvandan da tez, insanların qəlbini tərk edir”1506.
عَنْ أَبِي مُوسَى  عَنْ النَّبِيِّ  قَالَ: تَعَاهَدُوا الْقُرْآنَ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ لَهُوَ أَشَدُّ تَفَصِّيًا مِنْ الإِبِلِ فِي عُقُلِهَا.
Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quranı daim oxuyun! Canım Əlində olan Allaha and olsun ki, o, kəndirdən açılıb qaçan dəvədən daha tez (sahibini) tərk edir”1507.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin