Ömər İbn Xəttab rəvayət edir ki, Peyğəmbərin sağlığında mən Hişam İbn Həkim İbn Hizamın “əl-Furqan” surəsini oxuduğunu eşitdim və diqqətlə onun oxuduğuna qulaq asmağa başladım. Baxdım ki, o, (bu surəni) başqa-başqa hərflərlə, Peyğəmbərin bizə oxumadığı bir üslubla oxuyur. Mən onu elə namazda ikən yaxalamaq istədim, lakin səbir etdim. Nəhayət, o, salam verib (namazını bitirdikdə) mən onun yaxasından yapışıb soruşdum: “Eşitdiyim bu surəni sənə bu cür oxumağı kim öyrədib?” Dedi: “Bu surəni mənə Peyğəmbər öyrədib.” Dedim: “Yalan danışırsan, Peyğəmbər bu surəni mənə sənin oxuduğun kimi yox, əksinə, başqa cür öyrədib”. Sonra mən onu Peyğəmbərin yanına apardım və dedim: “Mən bunun “əl-Furqan” surəsini başqa hərflərlə və sənin bizə öyrətmədiyin bir üslubla oxuduğunu eşitdim.” Peyğəmbər buyurdu: “Burax onu! (Sən də) oxu, ey Hişam!” Hişam (bu surəni) ona mənim eşitdiyim qiraətlə oxudu. Peyğəmbər: “Bu surə (mənə) bu cür nazil olmuşdur.” Sonra o: “(İndi isə) sən oxu, ey Ömər!”– deyə buyurdu, mən də (bu surəni) onun mənə öyrətdiyi qiraətlə oxudum. Peyğəmbər: “Bu surə (mənə) bu cür nazil olmuşdur. Həqiqətən, bu Quran yeddi qiraət üzərində nazil olmuşdur. Odur ki, Qurandan sizə asan olanı oxuyun!”1513.
عن أبي بن كعب قال : لقي رسول الله صلى الله عليه و سلم جبريل فقال يا جبريل إني بعثت إلى أمة أميين منهم العجوز والشيخ الكبير والغلام والجارية والرجل الذي لم يقرأ كتابا قط قال يا محمد إن القرآن أنزل على سبعة أحرف. قال الشيخ الألباني : حسن صحيح
Ubey İbn Kəb rəvayət edir ki, Peyğəmbər Cəbrail ilə görüşdü və: “Ey Cəbrail! Mən (oxumaq və yazmaq) bilməyən bir topluma Peyğəmbər göndərildim. Onlar arasında yaşlı, qadın, uşaq, cariyə, kişilər vardır ki, oxumağı bilmirlər (Quranı onlara necə başa salacağam və ya necə oxuyacaqlar)”. Cəbrail: “Ey Muhəmməd! Quran yeddi qiraət şəkilində nazil olmuşdur” dedi1514.