ZƏLZƏLƏ, KƏFİRUN VƏ NƏSR SURƏSİ BARƏSİNDƏ NƏ GƏLİB عن أنس بن مالك قال : قال رسول الله صلى الله عليه و سلم من قرأ إذازلزلت عدلت له بنصف القرآن ومن قرأ قلياأيهاالكافرون عدلت له بربع القرآن ومن قرأ قلهواللهأحد عدلت له بثلث القرآن. قال الشيخ الألباني : حسن دون فضل زلزلت
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Zəlzələ surəsini oxuyarsa onun üçün bu surə Quranın yarısına bərabər tutular, hər kim Kəfirunsurəsini oxuyarsa bu surə onun üçün Quranın 4/1 bərabər tutular, kim də İxlas surəsini oxuyarsa bu surə Quranın 3/1 bərabər tutular”1595.
عن أنس بن مالك : أن رسول الله صلى الله عليه و سلم قال لرجل من أصحابه هل تزوجت يا فلان ؟ قال لا والله يا رسول الله ولا عندي ما أتزوج به قال أليس معك قلهواللهأحد ؟ قال بلى قال ثلث القرآن قال أليس معك إذاجاءنصراللهوالفتح ؟ قال بلى قال ربع القرآن قال أليس معك قل ياأيهاالكافرون ؟ قال بلى قال ربع القرآن قال أليس معك إذازلزتالأرض ؟ قال بلى قال ربع القرآن قال تزوج تزوج قال الشيخ الألباني : ضعيف
Ənəs rəvayət edir ki, Peyğəmbər səhabələrindən bir nəfərə buyurdu: “Ey filankəs! Evləndinmi?”. O: “Vallahi xeyr, Yə Rəsulullah! Evlənmədim (evlənməyə imkanım da) yox” dedi. Peyğəmbər: “Əzbərində İxlas surəsi varmı?” deyə buyurdu. O: “Bəli” dedi. Peyğəmbər: “O, Quranın 3/1-dir” deyə buyurdu. Peyğəmbər: “Əzbərində Nəsr surəsi varmı?” deyə buyurdu. O: “Bəli” dedi. Peyğəmbər: “O, Quranın 4/1-dir” deyə buyurdu. Peyğəmbər: Əzbərində Kəfirun surəsi varmı?” deyə buyurdu. O: “Bəli” dedi. Peyğəmbər: “O, Quranın 4/1-dir” deyə buyurdu. Peğəmbər: “Əzbərində Zəlzələ surəsi varmı?” deyə buyurdu. O: “Bəli” dedi. Peyğəmbər: “O, Quranın 4/1-dir”. Evlən, evlən – deyə buyurdu”1596.