التداوي بالحناء
XINA İLƏ MÜALİCƏ
عن علي بن عبيد الله عن جدية سلمى ن وكانت تخدم النبي صلى الله عليه و سلم قالت : ما كان يكون برسول الله صلى الله عليه و سلم قرحة ولا نكبة إلا أمرني رسول الله صلى الله عليه و سلم أن أضع عليها الحناء قال الشيخ الألباني : صحيح
Ubeydullah nənəsi Səlmədən rəvayət edir ki, O Peyğəmbər xidmət edirdi. Peyğəmbər bıçaq yarası, daş və tikan yarası baş verərdisə o, yara üzərinə Xına qoymağı əmr edərdi”1747.
التداوي باللدود
LƏDUD (XƏSTƏNİN AĞZININ BİR TƏRƏFİNDƏN AXIDILAN VƏ YA BARMAQLA SÜRTÜLÜB OVUŞTURULAN DƏRMAN) İLƏ MÜALİCƏ
عَنْ عَائِشَةَ قَالَتْ لَدَدْنَا رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- فِى مَرَضِهِ فَأَشَارَ أَنْ لاَ تَلُدُّونِى. فَقُلْنَا كَرَاهِيَةُ الْمَرِيضِ لِلدَّوَاءِ. فَلَمَّا أَفَاقَ قَالَ « لاَ يَبْقَى أَحَدٌ مِنْكُمْ إِلاَّ لُدَّ غَيْرُ الْعَبَّاسِ فَإِنَّهُ لَمْ يَشْهَدْكُمْ ».
Aişə rəvayət edir ki, Peyğəmbər xəstləndikdə, Onu Lədud ilə müalicə etdik. O, Lədud sürtməyək deyə, bizə işarə etdi”. Biz xəstənin dərmandan xoşlanmadığı üçün belə etdiyini söylədik (düşündük)”. O ayıldıqda belə buyurdu: “Sizlərdən Lədud sürtülməmiş bir kimsə qalmasın! Yalnız Abbas müstəsnadır. Çünki o sizi görməmişdir!”1748.
Dostları ilə paylaş: |