Gecə Namazı - Peyğəmbər gecə namazlarında evində qiraət etdiyi zaman otaqda olanlar onun səsini eşidə bilərdilər. Bəzən səsini daha yüksəldər hətta çöldə olanlar da eşidə bilərdilər. Bir gün Peyğəmbər evindən çölə çıxır. Əbu Bəkrin səssiz namaz qıldığını görür, Ömərin evindən ötdükdə onun yüksək səslə namaz qıldığını görür. İkisi də Peyğəmbərin yanında olduqları zaman Peyğəmbər: “Ey Əbu Bəkr! Sənin (evindən) ötəndə səssiz namaz qıldığını gördüm”. Əbu Bəkr: “Mən özüm səsimi eşidirdim” dedi. Ömərə: “Sənin (evindən) ötdükdə səsinin yüksəltdiyini eşitdim” dedi. Ömərdə eyni sözləri söylədi və: Mürgünün qarşısını alır və şeytanı qovurdum” dedi. Peyğəmbər: “Ey Əbu Bəkr, sən səsini bir az qaldır, Sən isə Ey Ömər, səsini bir az alçalt” deyə buyurdu.