Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə380/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   376   377   378   379   380   381   382   383   ...   386
Fayda: Gündüz nafilələrə (sünnətlərə) gəldikdə isə orada Quranı gizli və ya aşkar oxuması barəsində səhih bir rəvayət yoxdur. Lakin gizli oxuması hakimdir. Peyğəmbər  gündüz ikən səsli oxuyan Abdullah İbn Huzafəni  gördü və ona: Allah eşidir, bizə eşitdirməyə çalışma» dediyi rəvayət isə səhih deyildir. Peyğəmbər  buyurdu: «Hər bir abidin bir (Səy, cəhd, istək, həvəs) şövqü vardır. Hər bir şövqün də zəifliyi (acizlik) vardır ki, onu ya Sünnətə, ya da bidətə aparar. Hər kimin zəifliyi onu Sünnəyə apararsa o, hidayət tapır. Hər kimin də acizliyi başqa şeyə apararsa həlak olar». Əhməd, İbn Hibban. Peyğəmbər  çox nadir halda bütün gecəni namazala keçirərdi. Abdullah İbn Xəbbab İbn əl-Ərət  deyir ki, Rəsulullahlə  birlikdə Bədr döyüşündə olmuşdu. Həmən gecəni Peyğəmbər  bütünlüklə namaza həsr etdi. Belə ki, gecə namazı ilə sübh namazını birləşdirmişdi. Namzı bitirdikdə İbn Xəbbab  ona deyir: «Ya Rəsulullah! Atam-anam sənə fəda. Sən bütün gecəni namaz qıldın. Men belə etdiyini heç görməmişdim». Peyğəmbər: «Bəli, bu qorxu namazıdır. Mən Qüdrət və Cəlal sahibi olan Rəbbimə üç istəklə müraciət etdim. O mənə ikisini verdi, birinə isə razı olmadı. Rəbbimdən istədim ki, bizi də bizdən əvvəlki ümmətlər kimi həlak etməsin. Buna razı oldu. (Başqa rəvayətdə: Qıtlıqla ümmətimi həlak etməsin). Rəbbimdən düşmənlərimizə bizim üzərimizdə zəfər çalmağa imkan verməməyi istədim. Buna da razı oldu. Rəbbimdən bizi ayrı-ayrı dəstələrə parçalamamağı və aramızda təfriqə (ayrılıq) salmamağı istədim. Buna razı olmadı». Nəsai, Əhməd, Təbərani 1/187/2, Tirmizi. Şeyx əl-Albani  deyir ki: «Bu və digər hədislərə görə bütün gecəni davamlı olaraq və ya çox hissəsini namaz qılaraq keçirmək sünnəyə ziddir və məkruhdur. Şeyx əl-Albani  deyir ki: «Əbu Hənifə  ilə bağlı olan: 40 il İşa namazının dəstəmazı ilə Sübh namazını qılmışdır» rəvayəti səni aldatmasın. Çünki bu rəvayətin əsli yoxdur. Allamə Firuzabadi «ər-Raddu Aləl Mutəriz» 1/44. Məzhəbçilərin uydurduğu bir şeydir. əl-Albani “Sifətus Salətu Nəbiy”.

828 Tirmizi 2924, əl-Albani “Sifətus Salətu Nəbiy”.

829 Müslim 772, 1850, Nəsəi 1664, Əhməd 23367, 23415.

830 əl-Albani “Sifətus Salətu Nəbiy”.

831 əl-Albani “Sifətus Salətu Nəbiy”.

832 əl-Albani “Sifətus Salətu Nəbiy” 117-121.

833
Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin