Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə4/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   2   3   4   5   6   7   8   9   ...   386
"أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ أَإِلَهٌ مَعَ اللَّهِ قَلِيلًا مَا تَذَكَّرُونَ"
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?”. (ən-Nəml 62).
3) Dua Edilən Zaman Yalnız Allahdan İstəmək
عن أبي العباس عبد الله بن عباس رضي الله عنهما ، قال : كنت خلف النبي صلي الله عليه وسلم يوما ، فقال : يا غلام ! إني أعلمك كلمات : احفظ الله يحفظك ، احفظ الله تجده تجاهك ، إذا سألت فاسأل الله ، وإذا استعنت فاستعن بالله ، واعلم أن الأمة لو اجتمعت علي أن ينفعوك بشئ لم ينفعوك إلا بشئ قد كتبه الله لك ، وإن اجتمعوا علي أن يضروك يشئ لم يضروك إلا يشئ قد كتبه الله عليك ؛ رفعت الأقلام وجفت الصحف ). قال الشيخ الألباني : صحيح
Əbul-Abbas Abdullah İbn Abbas  rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin  arxasında idim. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə Allahdan kömək istə. Bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur»13. (Başqa rəvayətdə: «Allahı qoru ki, onu öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) günündə yada salsın. Bil ki, səndən yan keçən bəla sənə toxunmamalı idi. Başına gələn bəla isə səndən yan keçməməli idi. Bunu da bil ki, (Allahın) yardımı, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır)»14.
4) Allahı Gözəl İsimləri İlə Çağırıb Dua Etmək
"وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ"
Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin”. (əl-Əraf 180).
عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ  «مَا قَالَ عَبْدٌ قَطُّ إِذَا أَصَابَهُ هَمٌّ وَحَزَنٌ اللَّهُمَّ إِنِّى عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ نَاصِيَتِى بِيَدِكَ مَاضٍ فِىَّ حُكْمُكَ عَدْلٌ فِىَّ قَضَاؤُكَ أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ سَمَّيْتَ بِهِ نَفْسَكَ أَوْ أَنْزَلْتَهُ فِى كِتَابِكَ أَوْ عَلَّمْتَهُ أَحَداً مِنْ خَلْقِكَ أَوِ اسْتَأْثَرْتَ بِهِ فِى عِلْمِ الْغَيْبِ عِنْدَكَ أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِى وَنُورَ صَدْرِى وَجَلاَءَ حُزْنِى وَذَهَابَ هَمِّى. إِلاَّ أَذْهَبَ اللَّهُ عَزَّ وَجَلَّ هَمَّهُ وَأَبْدَلَهُ مَكَانَ حُزْنِهِ فَرَحاً». قَالُوا يَا رَسُولَ اللَّهِ يَنْبَغِى لَنَا أَنْ نَتَعَلَّمَ هَؤُلاَءِ الْكَلِمَاتِ. قَالَ «أَجَلْ يَنْبَغِى لِمَنْ سَمِعَهُنَّ أَنْ يَتَعَلَّمَهُنَّ» قال الشيخ الألباني : صحيح
Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Üzüntü və kədər içində olan kimsə dua edib: “Allahummə İnniy Abdukə, İbnu Abdikə, İbnu Əmətikə, Nasiyətiy Biyədikə, Madin Fiyyə Hukmukə, Adlun Fiyyə Qadaukə, Əs'əlukə Bikulli İsmin Huvə Ləkə, Səmməytə Bihi Nəfsəkə, Əu Ənzəltəhu Fi Kitəbikə, Əu Alləmtəhu Əhədən Min Xalqikə, Əu İstə'sərtə Bihi Fi İlmil Ğaybi Indəkə, Ən Təc'aləl Qur'anə Rəbiya Qalbiy, Və Nura Sadriy, Və Cələə Huzniy, Və Zəhabə Həmmiy – Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi (üçün səbəb) et!” - desə, Allah onun üzüntüsünü aradan qaldırar və kədərini sevinclə əvəz edər». Mən: “Yə Rəsulullah! Biz bunu öyrənək” dedim. O: “Bəli, yaraşmaz bir kimsəyə bu duanı eşitdikdən sonra əzbərləməsin (öyrənməsin)”15.
5) Duanın Qəbul Olunmasına Görə Tələsməmək
عن أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- «يُسْتَجَابُ لأَحَدِكُمْ مَا لَمْ يَعْجَلْ فَيَقُولُ قَدْ دَعَوْتُ رَبِّى فَلَمْ يَسْتَجِبْ لِى».
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlərdən kim tələsməsə, duası qəbul olunar”. (Tələsməyi belədir ki): “Dua etdim, duam qəbul olmadı” deyər16.
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ -صلى الله عليه وسلم- أَنَّهُ قَالَ « لاَ يَزَالُ يُسْتَجَابُ لِلْعَبْدِ مَا لَمْ يَدْعُ بِإِثْمٍ أَوْ قَطِيعَةِ رَحِمٍ مَا لَمْ يَسْتَعْجِلْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ مَا الاِسْتِعْجَالُ قَالَ « يَقُولُ قَدْ دَعَوْتُ وَقَدْ دَعَوْتُ فَلَمْ أَرَ يَسْتَجِيبُ لِى فَيَسْتَحْسِرُ عِنْدَ ذَلِكَ وَيَدَعُ الدُّعَاءَ ».
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olmaqda davam edər”. Deyildi: “Ey Allahın Rəsulu, tələsmək nədir?” Peyğəmbər: “Deyər: Çoxlu dua etdim lakin qəbulunu görmədim. O zaman bezər və duanı tərk edər”17.
6) Günah Və Asiliklərlə Dua Etməmək
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ -صلى الله عليه وسلم- أَنَّهُ قَالَ «لاَ يَزَالُ يُسْتَجَابُ لِلْعَبْدِ مَا لَمْ يَدْعُ بِإِثْمٍ أَوْ قَطِيعَةِ رَحِمٍ مَا لَمْ يَسْتَعْجِلْ».
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olmaqda davam edər”18.
7) Dua Edərkən Qəbul Olduğuna Yəqin Olmaq
عن أبي هريرة قال : قال رسول الله صلى الله عليه و سلم ادعوا الله وأنتم موقنون بالإجابة واعلموا أن الله لا يستجيب دعاء من قلب غافل لاه. قال الشيخ الألباني : حسن
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allaha qəbul edildiyini bildiyiniz halda (yəqin olaraq) dua edin...”19.
8) Dua Edərkən Qəlbin Ayıq Olması
عن أبي هريرة قال : قال رسول الله صلى الله عليه و سلم ادعوا الله وأنتم موقنون بالإجابة واعلموا أن الله لا يستجيب دعاء من قلب غافل لاه. قال الشيخ الألباني : حسن
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “...Bilin ki, Allah (duadan) qafil olan qəlbdən duanı qəbul etməz”20.
9) Duanin Şəriətdə İcazəli Olması
Bəyənilir ki, edilən dua Quran və Sünnədən olsun. Lakin insan ürəyindən keçən hər hansı bir duanı istədiyi şəkildə edə bilər. Bir şərtlə ki, şəriətə zidd olan, yəni Allaha yaxınlaşmaq üçün edilən bidət təvəssüllərdən, şirkdən və s. uzaq olsun.
10) Haram İlə Qidalanmaq Və Geyinmək Duanın Qarşısını Alan Ən Böyük Amillərdəndir

عن أبي هريرة رضي الله عنه ، قال : قال رسول الله صلي الله عليه وسلم :( إن الله تعالى طيب لا بقيل إلا طيبا وإن الله أمر المؤمنين بما أمر به المرسلين فقال تعالي :( يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا وقال تعالى :( با أبها الذين آمنوا كلوا من طيبات ما رزقناكم ). ثم ذكر الرجل يطيل السفر أشعث أغبر يمد يديه الي السماء : يا رب ! يا رب ! ومطعمه حرام ، ومشريه حرام، وملبسه حرام ، وغذي بالحرام ، فانى يستجاب له ؟.

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Həqiqətən də Allah pakdır (və nöqsansızdır) və pak olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah buyurur: «Ey Peyğəmbərlər! Təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Digər bir ayədə: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin» (əl-Bəqərə 172). Sonra Peyğəmbər  birisini xatırladarq: «Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun» deyə buyurdu21.


11) Dua Edərkən Səsi Yüksəldərək (Qışqıraraq) Dua Etməmək
"ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ"
Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir”. (əl-Əraf 55).
"وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ"
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin