Gün Ərzində - 100 Dəfə: Əbu Hureyrə rəvayət edir ki, Allah Elçisi buyurdu: «Kim gündə 100 dəfə: «Lə İləhə İlləllahu Vahdəhu Lə Şəriykə Ləhu Ləhul Mulku Və Ləhul Həmdu Və Huvə Alə Kulli Şeyin Qadir - Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! - deyərsə, bu söz onun üçün 10 köləni azad etməyə bərabər olar. Ona 100 savab yazılar və onun 100 günahı silinər. O gün axşama qədər şeytandan qorunar. (Qiyamət günü) ondan daha çox söyləyəndən başqa, heç kəs onun gətirdiyindən fəzilətli heç bir şey gətirə bilməz. Kim də gün ərzində 100 dəfə: «Subhənəllahi Və Bihəmdihi - Allah pak və müqəddəsdir! Allaha həmd olsun! - deyərsə, onun günahları dənizin köpükləri qədər olsa belə silinər»565.
قَالَ مِنْ أَبِى أَيُّوبَ الأَنْصَارِىِّ يُحَدِّثُهُ عَنْ رَسُولِ اللَّهِ قَالَ «مَنْ قَالَ لاَإِلَهَإِلاَّاللَّهُوَحْدَهُلاَشَرِيكَلَهُلَهُالْمُلْكُوَلَهُالْحَمْدُوَهُوَعَلَىكُلِّشَىْءٍقَدِيرٌ عَشْرَ مِرَارٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ».