Səhər Və Axşam - 100 dəfə: Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim səhər və axşam 100 dəfə: «Subhənəllahi Və Bihəmdihi - Böyük Allah pak və müqəddəsdir! Allaha həmd olsun! – deyərsə, Qiyamət günü heç kəs onun gətirdiyindən əfzəl heç bir şey gətirə bilməz. Yalnız o şəxsdən başqa ki, ya bunu onun kimi və ya ondan artıq demişdir”575.
عن نافع عن ابن عمر قال : قال رسول الله صلى الله عليه و سلم ذات يوم لأصحابه قولوا سُبحَانَاللهِوبِحمدِهِ مائة مرة من قالها مرة كتبت له عشرا ومن قالها عشرا كتبت له مائة ومن قالها مائة كتبت له ألفا ومن زاد زاده الله ومن استغفر غفر الله له. قال الشيخ الألباني : ضعيف جدا
İbn Ömər rəvayət edir ki, Allah Elçisi bir gün səhabələrə buyurdu: “(Gündə) 100 dəfə: “Subhənəllahi və Bihəmdihi” deyin. Hər kim bir dəfə deyərsə ona 10 savab yazılar, 10dəfə deyərsə 100 savab yazılar, 100 dəfə deyərsə 1000 savab yazılar. Kim artırarsa Allah da artırar. Kim də Allahdan bağışlanma diləsə Allah onu bağışlayar”576.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ «مَنْ قَالَ حِينَ يُصْبِحُ سُبْحَانَاللَّهِالْعَظِيمِوَبِحَمْدِهِ مِائَةَ مَرَّةٍ وَإِذَا أَمْسَى كَذَلِكَ لَمْ يُوَافِ أَحَدٌ مِنَ الْخَلاَئِقِ بِمِثْلِ مَا وَافَى». قال الشيخ الألباني : صحيح