Yatağa Girdikdə: Uzun bir hədisin bir hissəsi: Əbu Hureyrə rəvayət edir ki, O, yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan.” O yalvarıb dedi: “Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər.” Mən: “O nə sözdür?”– deyə soruşdum. O dedi: “Yatağına uzananda Ayətul Kürsü: “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...”. (əl-Bəqərə 255) – ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz.” Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rəsulallah! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım.” Peyğəmbər: “Nədir o?”– deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Ayətul Kürsü – “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütünyaratdıqlarının Qəyyumudur...” – ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”– deyə cavab verdikdə, Peyğəmbər: “Bu, şeytan idi!”626.
عن النبي قال: (( من قرأ الآيتينِ من آخِر سورة ) البقرة ( في لَيْلَةٍ كَفَتاه )). قال الشيخ الألباني : صحيح