DUA EDƏRKƏN YOL VERİLƏN XƏTALAR 1. Allahdan Qeyrisinə - Ağaca, Qəbirə, Pirə, Daşa, Övliyalara, Vəfat Etmiş Saleh İnsanlara Və s. Dua Edərək Onlardan Kömək İstəmək
"إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا" “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür”. (ən-Nisa 116). "مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ لَوْ كَانُوا يَعْلَمُونَ. إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِنْ دُونِهِ مِنْ شَيْءٍ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ. وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ" “Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir. Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar”. (əl-Ənkəbut 41-43). 2. Allahdan Ölümü Diləmək
عن أنس قال: قال رسول الله : (( لا يتمنَّى أحدُكم الموت لضُرٍّ نزَل بهِ, فإنْ كانَ ولا بدّ فاعِلاً فليَقُلْ: اللهُمّأحينيماكانتِالحياةُخيراًلي, وتوفَّنيإذاكانتِالوفاةُخيراًلي))
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən kimsə ona toxunan zərərdən ötrü ölümü istəməsin. Əgər bunu etmək mümkün deyilsə onda desin: “Allahummə Əhyuni Mə Kənətil Həyətu Xayran Li, Və Təvəffəni İzə Kənətil Vəfətu Xayran Li - Ya Rəbbim! Yaşamaq mənə xeyirli olduğu müddətdə məni yaşad, ölümüm mənə xeyirli olduğu zaman ruhumu al (Başqa rəvayətdə: Əgər yaxşı kimsədirsə ümüd edilir ki, yaxşılığı artırsın, Pis kimsədirsə ümüd edilir ki, qayıdar (tövbə) edər)”115.
3. Dünyada İkən Bəlanın Tezləşməsini Diləmək
عن أنس قال دخل قلت لحميد النبي صلى الله عليه وسلم قال نعم دخل على رجل قد جهد من المرض فكأنه فرخ منتوف قال ادع الله بشيء أو سله فجعل )أما كنت تسأ ربك العافية ؟( يقول اللهم ما أنت معذبي به في الآخرة فعجله في الدنيا قال سبحانالله لا تستطيعه أو لا تستطيعوا ألا قلت اللهمآتنافيالدنياحسنةوفيالآخرةحسنةوقناعذابالنار ودعا له فشفاه الله عز وجل"
Ənəs rəvayət edir ki, Peyğəmbər xəstəlikdən halsız düşən bir adamın yanına gəldi. O, (halsızlıqdan) yolunmuş cücəyə bənzəyirdi. Peyğəmbər: “Allaha dua et, yaxud Ondan bir şey dilə!”. (Başqa rəvayətdə: Rəbbindən afiyət diləməssənmi?). Kişi dedi: “Allahım! Mənə Axirətdə nə əzab verəcəksənsə, elə dünyada ikən ver”. Peyğəmbər: “Subhanəllah! Sən buna dözə bilməzsən, – yaxud siz buna dözə bilməzsiniz. Nə üçün demirsən: “Allahummə Ətinə Fid Dunyə Həsənətən Və Fil Əxirati Həsənətən Və Qinə Azəbən Nər - Allahım! Bizə dünyada da yaxşılıq (gözəl nemətlər) ver, axirətdə də yaxşılıq (Cənnət) ver və bizi Cəhənnəm əzabından qoru!” Sonra Peyğəmbər onun üçün dua etdi və Allah ona şəfa verdi”116.
6. İnsanın Özünə, Ailəsinə, Yaxud Malına Bəd Dua Etməsi
عن عبادة بن الصامت قال: قال رسول الله : « لاَ تَدْعُوا عَلَى أَنْفُسِكُمْ وَلاَ تَدْعُوا عَلَى أَوْلاَدِكُمْ وَلاَ تَدْعُوا عَلَى خَدَمِكُمْ وَلاَ تَدْعُوا عَلَى أَمْوَالِكُمْ لاَ تُوَافِقُوا مِنَ اللَّهِ تَبَارَكَ وَتَعَالَى سَاعَةَ نَيْلٍ فِيهَا عَطَاءٌ فَيَسْتَجِيبَ لَكُمْ».
Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbər buyurdu: “Özünüzə (bəd) dua etməyin, uşaqlarınıza (bəd) dua etməyin, xidmətçilərinizə (bəd) dua etməyin, mallarınıza (bəd) dua etməyin. Ola bilər ki, Allahdan istənilənlərin qəbul edildiyi bir zamana yetişsin Allah da dilədiyinizi qəbul etsin”117.
7. Günahın Baş Verməsi Üçün Dua Etmək