Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə93/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   89   90   91   92   93   94   95   96   ...   386
Yatağa Girdikdə: Bəni Hənzələ oğullarından bir kişi rəvayət edir ki, səfərlərin birində Peyğəmbərin  səhabələrindən olan Şəddad İbn Aus  ilə bərabər idim. O: “Sənə Peyğəmbərin  bizə öyrətdiyi duanı öyrədimmi? Dedi və: “Allahummə İnni Əsəlukəs Səbətə Fil Əmri Və Əsəlukə Aziymətər Ruşdi Və Əsəlukə Şukra Ni-mətikə Və Husnə İbədətikə Və Əsəlukə Lisənən Sadiqan Və Qalbən Səlimən Və Əuzu Bikə Min Şərri Mə Təaləmu Və Əsəlukə Min Xayri Mə Təaləmu Və Əstəğfirukə Mimmə Təaləmu İnnəkə Əntə Alləməl Ğuyub – Allahım! Səndən İşlərimdə sabitlik və əzimkarlıq diləyirəm, (verdiyin) nemətə şükr etməyi, Sənə gözəl ibadət etməyi, Səndən doru olan dil və Səlim qəlb istəyirəm. Bildyin hər bir şeyin zərərindən Sənə sığınıram, Bildiyin hər bir faydalı şeyin xeyrini Səndən diləyirəm və bildiyin hər bir günahımdan ötrü Səndən bağılanma diləyirəm. Heç şübhəsiz ki, Sən qeybi bilənsən”. Sonra Peyğəmbər  buyurdu: “Hər hansı bir müsəlman yatağına girdiyi zaman Allahın kitabından bir surə oxuyarsa Allah o, kimsəni qorumaq üçün bir mələk müvəkkil edər ki, qalxana qədər ona zərər verə biləcək heç bir şey ona yaxınlaşa bilməz”633.
عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ ذُكِرَ عِنْدَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ نَامَ لَيْلَهُ حَتَّى أَصْبَحَ قَالَ ذَاكَ رَجُلٌ بَالَ الشَّيْطَانُ فِي أُذُنَيْهِ أَوْ قَالَ فِي أُذُنِهِ.
Abdullah  rəvayət edir ki, Peyğəmbərin  yanında sübhə qədər yatıb qalan bir kişi barəsində zikr edildi. O: “Bu o, kişidir ki, şeytan onun qulağına və ya qulağlarına bövl etmişdir” deyə buyurdu634.
وعنه ( يعني جابرا ) رضي الله عنه أيضا أن النبي صلى الله عليه وسلم قال ما من مسلم ذكر ولا أنثى ينام إلا وعليه جرير معقود فإن هو توضأ وقام إلى الصلاة أصبح نشيطا قد أصاب خيرا وقد انحلت عقده كلها وإن استيقظ ولم يذكر الله أصبح وعقده عليه وأصبح ثقيلا كسلان ولم يصب خيرا. قال الشيخ الألباني : صحيح
Cabir  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Elə bir müsəlman kişi və qadın yoxdur ki, yatdığı zaman ona düyün vurulmasın. (Sonra) dəstəmaz alıb namaza durarsa gümrah sabahlayar, xeyrə məruz qalar və bütün düyünləri açılar. Sabahladığı zaman Allahı zikr etməzsə bütün düyünlər üzərində olar, tənbəl olaraq sabahlayar və xeyirdən məhrum olar”635.
عَنِ ابْنِ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : )طَهِّرُوا هَذِهِ الأَجْسَادَ طَهَّرَكُمُ اللَّهُ (مَنْ بَاتَ طَاهِرًا بَاتَ فِي شِعَارِهِ مَلَكٌ فَلَمْ يَسْتَيْقِظْ إِلاَّ ، قَالَ الْمَلَكُ : اللَّهُمَّ اغْفِرْ لِعَبْدِكَ فُلاَنٍ ، فَإِنَّهُ بَاتَ طَاهِرًا.. قال الشيخ الألباني : حسن لغيره
İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Başqa rəvayətdə: Cəsədlərinizi təmizləyin. Allah da sizi təmizləsin) Kim gecələdiyi zaman təharətli (yatarsa) bir mələk onun saçında gecələyər. Mələk (o kimsə oyanmamışdan) öncə deyər: “Allahım! Filan qulunu bağışla! Həqiqətən o, təharətli olaraq gecələmişdir”636.
- عن جابر قال إذا دخل الرجل بيته أو أوى إلى فراشه ابتدره ملك وشيطان فقال الملك اختم بخير وقال الشيطان اختم بشر فان حمد الله وذكره أطرده وبات يكلأه فإذا استيقظ ابتدره ملك وشيطان فقالا مثله فإن ذكر الله وقال الحمد لله الذي رد إلي نفسي بعد موتها ولم يمتها في منامها الحمد لله الذي يمسك السماوات والأرض أن تزولا ولئن زالتا إن أمسكهما من أحد من بعده إنه كان حليما غفورا الحمد لله الذي يمسك السماء أن تقع على الأرض إلا بإذنه إلى رءوف رحيم فان مات مات شهيدا وإن قام فصلى صلى في فضائل )فإن وقع من سريره فمات دخل الجنة( " قال الألباني : ضعبف .
Cabir  rəvayət edir ki: “İnsan evinə və ya yatağına girdiyi zaman bir mələk və bir şeytan tələsik ona tərəf gələr. Mələk deyər: “(Gününü) xeyir ilə bitir!”. Şeytan deyər: “(Gününü) şər ilə bitir!”. Əgər Allaha həmd edib onu yad etsə, şeytanı qovar və bütün gecəni mələk onu qoruyar. Yuxudan oyandıqda da bir mələk və bir şeytan tələsik ona tərəf gəlib həmin sözləri deyər. Əgər Allahı yad edib: “Canımı aldıqdan sonra özümə qaytaran, yuxuda ikən onu öldürməyən Allaha həmd olsun! Həmd olsun Allaha! O Allah ki, Göyləri və yeri öz oxundan çıxmasınlar deyə, tutub saxlayır. Əgər öz oxundan çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də O, Həlimdir, Bağışlayandır!”. (Fatir 41). Həmd olsun Allaha! O Allah ki, “Onun izni olmadan yerə düşməsin deyə göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir!”. (əl-Həcc 65). desə, sonra da ölsə şəhid kimi ölər və əgər bunu deyib namaz qılsa, fəzilətlər içində namaz qılmış olar”637.
عَنْ زَيْدِ بن ثَابِتٍ ، قَالَ : أَصَابَنِي أَرَقُّ اللَّيْلِ ، فَشَكَوْتُ ذَلِكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : قُلِ : اللَّهُمَّ غَارَتِ النُّجُومُ ، وهَدَأَتِ الْعُيُونُ ، وَأَنْتَ حَيٌّ قَيُّومٌ ، يَا حَيُّ يَا قَيُّومُ أَنِمْ عَيْنِي وأهْدِئْ لِيَلِي ، فَقُلْتُهَا فَذَهَبَ عَنْي ) . قال الألباني : ضعيف جدا
Zeyd İbn Sabit  deyir ki, gecələri yata bilmirdim. Bundan Peyğəmbərə  şikayət etdim. O buyurdu: “Allahummə Ğarətin Nucum, Və Hədəətil Uyun, Və Əntə Həyyu Qayyumu, Yə Həyyu Yə Qayyumu Ənim Ayniy Bə Əhdi Leyli - Allahım! Ulduzlar batır, gözlərim sakitləşir, Sən Həyy və Qayyumsan, Ey Həyy və Qayyum olan Allahım! Gözlərimə yuxu ver və gecəmi sakitləşdir” de! Mən bunları söylədikdən sonra yuxusuzluq məndən getdi”638.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin