YUXUDAN OYANDIQDA EDİLƏN ZİKRLƏR عن حذيفة قال: كان رسول الله إذا استيقظَ من منامه قال: ((الْحَمْدُلِلَّهِالَّذِيأَحْيَانَابَعْدَمَاأَمَاتَنَاوَإِلَيْهِالنُّشُورُ))
Huzeyfə rəvayət edir ki, Peyğəmbər yuxudan oyandıqda buyurdu: “Əlhəmdulilləhil Ləzi Əhyanə Bə'də Mə Əmatənə Və İleyhin Nuşur - Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır»658.
عن أبي هريرة أن رسول الله صلى الله عليه و سلم قال : إذا استيقظ فليقل الْحَمْدُلِلَّهِالَّذِيعَافَانِيفِيجَسَدِي،وَرَدَّعَلَيَّرُوحِي،وَأَذِنَلِيبِذِكْرِهِ. قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yuxudan oyandıqda deyin: “Əlhəmdulilləhil Ləzi Afəniy Fi Cəsədiy, Və Raddə Aleyyə Ruhiy, Və Əzinə Liy Bizikrihi - Ruhumu mənə qaytaran və Bədənimə salamatlıq verən, mənə Onu yad etməyə izin verən Allaha həmd olsun!»659.