AZANIN FƏZİLƏTİ عن أبي هريرة قال: قال رسول الله : (( لو يعلم الناسُ ما في النداءِ والصفِّ الأولِ, ثم لم يجدوا إلا أن يَسْتَهِموا عليه, لا ستهموا, ولو يعلمون ما في التَّهجيرِ, لا ستبقوا إليه, ولو يعلمون ما في العَتَمةِ والصبحِ, لأتوهما ولو حبواً))
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əgər insanlar azan və birinci səfdə (nə kimi fəzilətin) olduğunu bilsəydilər sən onları yalnız püşk atan görərdin, bunu da edədilər. (Namaza) birinci gəlməyin nə qədər savab olduğunu bilsəydilər ötüşərdilər. Sübh və İşa namazını fəzilətini bilsəydilər sürünə-sürünə də oldsaydı ora gələdilər”705.
قال رسول الله (( المؤذنُ يُغْفَر له مدى صوته, ويشهد له كـلُّ رطبٍ ويابسٍ, وله مثل أجر من صلى معه )) قال الألباني : صحيح
Peyğəmbər buyurdu: “Muəzzinin (səsinin) çatdığı yerə qədər məğfiət hasil olar. Quruda və suda nə varsa hamı ona şahidlik edər. Müəzzinlə birlikdə namaz qılanların savabı ona da yazılar”706.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِىِّ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ يَقُولُ: «إِنَّهُ لاَ يَسْمَعُ مَدَى صَوْتِ الْمُؤَذِّنِ جِنٌّ وَلاَ إِنْسٌ وَلاَ شَىْءٌ إِلاَّ شَهِدَ لَهُ يَوْمَ الْقِيَامَةِ».
Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu eşitdim: “Müəzzinin səsini eşidən elə bir cin, elə bir insan və elə bir məxluq yoxdur ki, Qiyamət günü ona şahidlik etməsin”707.
وعن معاوية قال سمعت رسول الله يقول ( المؤذنون أطولُ الناس أعناقاً يوم القيامة )) قال الألباني : صحيح
Muaviyə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü insanlar içərisində ən uzun boyunlu Muəzzinlər olacaqdır”708.
وعن ابن عمر أن النبي قال ( من أذن اثنتي عشرةَ سنة, وجبتْ له الجنةُ, وكُتبَ له بتأذينه في كل يوم ستون حسنة, وبكل إقامة ثلاثون حسنة)) قال الألباني : صحيح
İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim 12 il azan verərsə Cənnət ona vacib olar. Hər gün azan verdiyinə görə ona 60 savab, iqaməyə görə 30 savab yazılar”709.