AZAN VƏ İQAMƏ ARASINDA EDİLƏN DUA عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ الْمُؤَذِّنِينَ يَفْضُلُونَنَا. فَقَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « قُلْ كَمَا يَقُولُونَ فَإِذَا انْتَهَيْتَ فَسَلْ تُعْطَهْ ». قال الألباني :حسن صحيح
Abdullah İbn Amr rəvayət edir ki, bir kişi: “Ya Rəsulullah! Müəzzinlər fəzilətdə bizi ötdülər?” dedi. Peyğəmbər buyurdu: “Onların söylədiklərini sən də söylə, (azanı) bitirdikdən sonra istə, istədiyin verilər”726.
عن أنس بن مالك قال : قال رسول الله صلى الله عليه و سلم الدعاء لا يرد بين الأذان والإقامة قال فماذا نقول يا رسول الله ؟ قال سلوا الله العافية في الدنيا والآخرة. قال الشيخ الألباني : منكر بهذا التمام
Ənəs İbn Məlik rəvayət edir ki, Allahın Elçisi buyurdu: “Azan və İqamə arasında edilən dua rədd edilməz”. Ona: “Ey Allahın Rəsulu! Hansı duanı edək?” dedilər. Peyğəmbər: “Allahdan dünya və axirətdə Afiyət (salamatlıq) diləyin”727.
أنس بن مالك قال: قال رسول الله : (( الدَّعَاءُ لا يُردُّ بينَ الأذانِ والإقَامِة )). قال الألباني : صحيح
Ənəs İbn Məlik rəvayət edir ki, Allahın Elçisi buyurdu: “Azan və İqamə arasında edilən dua rədd edilməz”728.
قال رسول الله :(( الدُّعاءُ بينَ الأذنِ و الإقَامِة مُستَجابٌ, فادعوا )). قال الألباني : صحيح
Peyğəmbər buyurdu: “Azan və İqamə adarsıda edilən dua cavab veriləndir, Dua edin!”729.
عَنْ أَنَسٍ : عَنِ النَّبِيِّ قَالَ: «إِذَا نُودِيَ بِالصَّلاَة فُتِحَت أَبْوَابُ السَّمَاءِ وَاسْتُجِيبَ الدُّعَاء». قال الألباني : صحيح
Ənəs rəvayət edir ki, Peyğəmbər demişdir: “Namaza azan verildikdə səma qapıları açılır və dua qəbul olunur”730.
عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ عَلَّمَنِى رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- أَنْ أَقُولَ عِنْدَ أَذَانِ الْمَغْرِبِ « اللَّهُمَّإِنَّهَذَاإِقْبَالُلَيْلِكَوَإِدْبَارُنَهَارِكَوَأَصْوَاتُدُعَاتِكَفَاغْفِرْلِى ». قال الشيخ الألباني : ضعيف
Ummu Sələmə rəvayət edir ki, Allah Elçisi mənə məğrib namazının azanında söyləyəcəyim duanı öyrətdi: “Allahummə İnnə Həzə İqbəlu Leylikə Və İdbəru Nəhərikə Və Əsvətu Duatikə Fəğfirli – Allahım! Bu axşam azanı Sənin gecənin gəlişini, gündüzün də gedişini əlamətidir. Sənin (yoluna çağıran) dəvətçilərin (müəzzinlərin) səsləri (ucalmaqdadır), Məni bağışla”731.