Məsələn: Təcrübə üçün dua edərək duasının qəbul olub olmayacağını imtahan etmək məqsədi ilə dua etmək.
14. Dua Edərkən Allahı Duanın Mənasına Uyğun Olmayan Ad Və Sifətləri İlə Çağırmaq
Məsələn: Ey şiddətli əzab verən, mənə rəhm et, yaxud ey rəhmli olan Allah müsəlmanların düşmənlərinə əzab ver və s. kimi dualar etmək.
15. Qışqıraraq Dua Etmək
"ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ" “Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir”. (əl-Əraf 55). "وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ" “Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205). 16. Dua Edərkən Cəzm Etmək