İSTİXARƏ (BİR İŞƏ BAŞLAMAMIŞDAN ÖNCƏ ALLAHDAN KÖMƏK DİLƏMƏK) NAMAZINDA OLAN DUA وعن جابر بن عبد الله كان رسول الله يُعَلِّمُنَا الِاسْتِخَارَةَ فِي الْأُمُورِ كُلِّهَا كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنْ الْقُرْآنِ يَقُولُ إِذَا هَمَّ أَحَدُكُمْ بِالْأَمْرِ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ مِنْ غَيْرِ الْفَرِيضَةِ ثُمَّ لِيَقُلْ: (( إذا همَّ أحدُكم بالأمرِ فليركعْ ركعتينِ من غيرِ الفريضةِ ثم ليقُلِ (اللَّهُمَّإِنِّيأَسْتَخِيرُكَبِعِلْمِكَ،وَأَسْتَقْدِرُكَبِقُدْرَتِكَ،وَأَسْأَلُكَمِنْفَضْلِكَالْعَظِيمِ،فَإِنَّكَتَقْدِرُوَلاَأَقْدِرُ،وَتَعْلَمُوَلاَأَعْلَمُ،وَأَنْتَعَلاَّمُالْغُيُوبِ. اللَّهُمَّإِنْكُنْتَتَعْلَمُأَنَّهَذَااْلأَمْرَـثمتسمِّيهباسمهبعينهـخَيْرٌلِيفِيدِينِي،وَمَعَاشِيوعاقبةأمري( أوخيراليفيعاجلأمريوآجله)فَاقْدُرْهُلِي،وَيَسِّرْهُلِي،ثُمَّبَارِكْلِيفِيهِ. وَإِنْكُنْتَتَعْلَمُأَنَّهَذَااْلأَمْرَشَرٌّلِيفِيدِينِي،وَمَعَاشِي،وَعَاقِبَةِأَمْرِي( أوفيعاجلأمريوآجله)فَاصْرِفْهُعَنِّي،وَاصْرِفْنِيعَنْهُ،وَاقْدُرْلِيَالْخَيْرَحَيْثُكَانَ،ثُمَّأَرْضِنِيبِهِ))
Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər Qurandakı surələri bizə öyrətdiyi kimi İstixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: Allahummə İnniy Əstəxiyrukə Bi İlmikə, Və Əstəqdirukə Bi Qudratikə, Və Əs'əlukə Min Fadlikəl Azim, Fəinnəkə Təqdiru Və Lə Əqdir, Və Tə'ləmu Və Lə A'ləm, Və Əntə Alləmul Ğuyub, Allahummə İn Kuntə Tə'ləmu Ənnə Həzəl Əmra (Işin Adini Çəkir) Xayrun Liy Fi Diyniy Və Məaşiy Və Acilihi Əmriy Və Əcilihi Fəqdurhu Liy Və Yəssirhu Liy, Summə Bərik Liy Fiyhi, Və İn Kuntə Tə'ləmu Ənnə Həzəl Əmra Şərrun Liy Fi Diyniy Və Məaşiy Və Aqibəti Əmriy, Fasrifhu Anniy, Vəsrifniy Anhu, Vəqdur Liyəl Xayra Heysu Kənə, Summə Ardiniy Bihi –Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!»970.
İbn Teymiyyədən İstixarə duasının namaz əsnasında yoxsa ondan sonra oxunacağı barəsində soruşdular. O dedi: «İstixarə duasını namaz əsnasında, yaxud salamdan əvvəl, yaxud da ondan sonra etmək olar. Salamdan əvvəl edilən dua isə əfzəl hesab olunur. Çünki Peyğəmbər çox vaxt duanı salamdan əvvəl edərdi»971.