YAĞIŞ YAĞDIĞI ZAMAN ZƏRƏRİNDƏN QORXULDUQDA EDİLƏN DUA ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ ذَلِكَ الْبَابِ فِى الْجُمُعَةِ الْمُقْبِلَةِ، وَرَسُولُ اللَّهِ قَائِمٌ يَخْطُبُ، فَاسْتَقْبَلَهُ قَائِمًا فَقَالَ يَا رَسُولَ اللَّهِ، هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ، فَادْعُ اللَّهَ يُمْسِكْهَا، قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ يَدَيْهِ ثُمَّ قَالَ: «اللَّهُمَّحَوَالَيْنَاوَلاَعَلَيْنَا،اللَّهُمَّعَلَىالآكَامِوَالْجِبَالِوَالآجَامِوَالظِّرَابِوَالأَوْدِيَةِوَمَنَابِتِالشَّجَرِ». قَالَ فَانْقَطَعَتْ وَخَرَجْنَا نَمْشِى فِى الشَّمْسِ.
Növbəti cümə günü Peyğəmbər xütbə verərkən (yenə) bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: “Ey Allahın elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər əllərini (göyə) qaldırıb dedi: “Allahummə Həvaleynə Və Lə Aleynə, Allahummə Aləl Akəmi, Vəl Cibali, Vəl Acami, Vəz Zirabi Vəl Əvdiyəti Və Mənabitiş Şəcəri -Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə (yağdır)!”. Yağış kəsdi və biz günəşli havada (gəzişmək üçün) bayıra çıxdıq1009.