الدعاء عند سماع صياح الديك بالليل
XORUZUN BANLAMASINI GECƏ EŞİTDİKDƏ EDİLƏN DUA
وعن أبي هريرة قال: قال النبي : (( إذا سمعتُم صياحَ الدِّيَكة بالليلِ, فسألوا اللهَ تعالى من فضلهِ, ورغبُوا إِليه, فإنها رأتْ ملَكاً)) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Xoruzun banlamasını eşitsəniz, Allahdan Onun lütfünü, rəğbətini diləyin. Çünki o (xoruz), mələk görmüşdür”1017.
الاستعاذة عند سماع نباح الكلاب ونهيق الحمير بالليل
GECƏ İKƏN İTİN HÜRMƏYİNİ VƏ EŞŞƏYİN ANQIRTISINI EŞİTDİKDƏ ALLAHA SIĞINMAQ
وعن جابر قال: قال رسول الله : (( أقلوا الخروج بعد هدوء, فإن لله دواب يبثهنَّ, إِذَا) فمن سمع( سَمِعْتُمْ نُبَاحَ الْكِلاَبِ وَنَهِيقَ الْحُمُرِ بِاللَّيْلِ فَتَعَوَّذُوا بِاللَّهِ فَإِنَّهُنَّ يَرَيْنَ مَا لاَ تَرَوْنَ) قال الشيخ الألباني : صحيح
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Gecə) sakitliyi çökdükdə (qapları bağlayın) və çölə çıxmayın. Allahın məxluqları vardır ki, (o vaxt) buraxılarlar. Kim (gecə ikən) itlərin hürməsini və uzunqulaqların anqırmasını eşitsəniz, onlardan Allaha sığının. Çünki onlar sizin görmədiklərinizi görürlər!”1018.
وعن أبي هريرة قال: قال النبي : ((وَإِذَا سَمِعْتُمْ نَهِيقَ الْحِمَارِ) بالليلِ( فَتَعَوَّذُوا بِاللَّهِ مِنْ الشَّيْطَانِ فَإِنَّهُ رَأَى شَيْطَانًا)) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Uzunqulağın anqırmasını eşitsəniz, şeytandan Allaha sığının. Çünki o (uzunqulaq), şeytan görmüşdür”1019.
Dostları ilə paylaş: |