Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR


إعلام الرجل أخاه أنه يحبه في الله



Yüklə 17,81 Mb.
səhifə211/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   207   208   209   210   211   212   213   214   ...   386
إعلام الرجل أخاه أنه يحبه في الله

QARDAŞINI ALLAH ÜÇÜN SEVƏN ONA BİLDİRSİN
عن على بن الحسن  قال رسول الله : (( إذا أحبَّ أحدُكم أخاه في الله فليُبيْن له, فإنه خيرٌ في الإلفةِ, وأبقى في المودَّة)) قال الشيخ الألباني : صحيح
Əli İbn Həsən  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qardaşını Allah üçün sevən (sevdiyini) ona bildirsin. Həqiqətən o yoldaşlıqda xeyirli və sevgi bağları daimi olandır“1128.
عن المقدام بن معدي كرب  قال: قال رسول الله : (( إذا أحبَّ أحدكم أخاهُ فليعلمهُ, أنه يحبهُ )) قال الشيخ الألباني : صحيح
Miqdad İbn Məadi Kərb  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir kimsə öz qardaşını sevdiyi zaman onu sevdiyini qardaşına bildirsin”1129.
عن أبي ذر  أنه سمع رسول الله  يقول: (( إذا أحبَّ أحدكمْ صاحبهُ فليأتهِ في منـزلهِ, فليخبرهُ أنهُ يحبهُ لله )) قال الشيخ الألباني : صحيح
Əbu Zərr  rəvayət edir ki, Peyğəmbərin  belə buyurduğunu eşitdim: “Əgər sizdən biri (qardaşını, yoldaşını) dostunu sevərsə onun evinə gəlib Allah üçün onu sevdiyini ona xəbər versin”1130.
عن أبى ذر قلت يا رسول الله الرجل يحب القوم ولا يستطيع أن يلحق بعملهم قال أنت يا أبا ذر مع من أحببت قلت انى أحب الله ورسوله قال أنت مع من أحببت يا أبا ذر" قال الشيخ الألباني : صحيح
Əbu Zərr  rəvayət edir ki, mən: “Ey Allahın elçisi! Bir nəfər bir camaatı sevir, amma onların dərəcəsinə çata bilmir?” O dedi: “Ey Əbu Zərr! Sən sevdiyin kimsə ilə bərabərsən”. Mən dedim: “Mən həqiqətən də Allahı və Onun elçisini sevirəm!” O dedi: “Ey Əbu Zərr! Sən sevdiyin kimsə ilə bərabərsən”1131.
عن أنس أن رجلا سأل النبي صلى الله عليه وسلم فقال يا نبي الله متى الساعة فقال وما أعددت لها قال ما أعددت لها من كبير إلا انى أحب الله ورسوله فقال المرء مع من أحب قال أنس فما رأيت المسلمين فرحوا بعد الإسلام أشد مما فرحوا يومئذ" قال الشيخ الألباني : صحيح
Ənəs  rəvayət edir ki, bir kişi Peyğəmbərdən  soruşdu: “Ey Allahın Peyğəmbəri! Qiyamət nə zaman qopacaq?” O dedi: “Sən o gün üçün nə hazırlamısan?” (Kişi) dedi: “Elə böyük bir şey hazırlamamışam. Mən sadəcə Allahı və Onun elçisini sevirəm!”. O dedi: “Kişi sevdiyi kimsə ilə bərabərdir”. Ənəs (r.a) deyir ki, mən müsəlmanların İslam dinini qəbul etdikdən sonra bu gündə sevindiklərindən daha çox sevindiklərini görmədim”1132.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin