ŞİRKƏ (DÜŞMƏKDƏN) QORXAN KİMSƏNİN DUASI عن معقل بن يسار قال انطلقت مع أبي بكر الصديق رضي الله عنه إلى النبي صلى الله عليه وسلم فقال : ( يا أبا بكر للشرك فيكم أخفى من دبيب النمل ) فقال أبو بكر : وهل الشرك إلا من جعل مع الله إلها آخر؟ قال النبي صلى الله عليه وسلم : ( والذي نفسي بيده للشرك أخفى من دبيب النمل ، ألا أدلك على شيء إذا قلته ذهب عنك قليله وكثيره )أذهب عنك صغار الشرك و كباره( ؟ قال : ( قل اللَّهُمَّإِنِّيأَعُوذُبِكَأَنْأُشْرِكَبِكَوَأَنَاأَعْلَمُ،وَأَسْتَغْفِرُكَلِمَالاأَعْلَمُ)تقولها ثلاث مرات( قال الشيخ الألباني : صحيح
Muaqil İbn Yəsar rəvayət edir ki: «Mən Əbu Bəkr əs-Siddiq ilə birlikdə Peyğəmbərin yanına gəldik. (Allah Elçisi ) dedi: «Ey Əbu Bəkr! Şirk (riya) sizin aranızda qarışqanın yerişindən də gizlidir». Əbu Bəkr dedi: «Məgər şirk Allahla yanaşı başqa bir tanrı qəbul etmək deyilmi?» Peyğəmbər dedi: «Canım Əlində Olana and olsun ki, şirk qarışqanın yerişindən də gizlidir. Sənə elə bir şey öyrədimmi ki, onu dediyin zaman şirkin azı da, çoxu da səndən uzaq olsun? (Başqa rəvayətdə: Kiçik və böyük şirki də aparar)» (Sonra sözünə davam edib) buyurdu: «Allahummə İnniy Əuzu Bikə Ən Uşrikə Bikə Və Ənə Əa’ləmu, Və Əstəğfirukə Limə Lə Əa’ləmu – De: Allahım! Bilə – bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm! (Başqa rəvayətdə: Bunu 3 dəfə demək1159)»1160.