TƏƏCCÜBLƏNƏN ZAMAN NƏ DEYİLİR? (( سبحانالله )) قال الشيخ الألباني : صحيح
“Subhanəllah – Allah pak və müqəddəsdir!”1168.
(( اللهأكبر )) قال الشيخ الألباني : صحيح
“Allahu Əkbər – Allah ən Böyükdür!”1169.
عن أبي هريرة قال سمعت النبي صلى الله عليه وسلم يقول بينما راع في غنمه عدا عليه الذئب فأخذ منه شاة فطلبه الراعي فالتفت إليه الذئب فقال من لها يوم السبع ليس لها راع غيري فقال الناس سبحانالله فقال رسول الله صلى الله عليه وسلم فإني أؤمن بذلك أنا وأبو بكر وعمر". قال الشيخ الألباني : صحيح
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Çoban qoyunları otararkən bir canavar sürüyə hücum çəkib ondan bir qoyun apardı. Çoban onu təqib etdi. Canavar ona tərəf çevrilib dedi: “Qorxulu gündə bu qoyunları kim qoruyacaq? (O gün bunların) məndən başqa bir çobanı olmayacaq”. Camaat (təəccüblə): “Subhanəllah!– dedi. Peyğəmbər: “Mən buna inanıram. Əbu Bəkr və Ömər də (buna inanırlar)”1170.