SEVİNDİRİCİ YAXUD XOŞAGƏLMƏYƏN HADİSƏ İLƏ RASTLAŞAN ADAM NƏ DEMƏLİDİR عن عائشة قالت كان رسول الله صلى الله عليه و سلم إذا رأى ما يحب : قال: ((الْحَمْدُللهِالَّذِيبِنِعْمَتِهِتَتِمُّالصَّالِحَاتُ, وإذا رأى ما يَكرَهُ قالَ: الْحَمْدُللهِعَلَىكُلِّحَالٍ)) قال الشيخ الألباني : حسن
Aişə rəvayət edir ki, Peyğəmbər sevindirən bir hadisə baş verdikdə deyərdi: “Əlhəmdulilləhilləzi Bini’mətihi Tətimmus Salihat – Neməti sayəsində yaxşı işlər tamamlanan Allaha həmd olsun!”. Xoşuna gəlmədiyi bir hadisə baş verdikdə isə deyərdi: “Əlhəmdulilləhi Alə Kulli Hal – Hər bir halda Allaha həmd olsun!”1259.
عن أبي بكرة كان النبي أَنَّهُ كَانَ إِذَا جَاءَهُ أَمْرُ سُرُورٍ أَوْ بُشِّرَ بِهِ خَرَّ سَاجِدًا شَاكِرًا لِلَّهِ. قال الشيخ الألباني : صحيح
Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər sevindirici bir xəbər verildikdə və ya bir müjdə verildikdə Allaha şükür səcdəsi edərdi”1260.
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ –صلى الله عليه وسلم- قَالَ « لاَ يَشْكُرُ اللَّهَ مَنْ لاَ يَشْكُرُ النَّاسَ ». قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanlara şükr (təşəkkür) etməyən Allaha şükr etməz”1261.