Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə278/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   274   275   276   277   278   279   280   281   ...   386
كراهية تمني الموت

ÖLÜMÜ ARZULAMAMAQ
عن أنس  قال: قال رسول الله : (( لا يتمنَّى أحدُكم الموت لضُرٍّ نزَل بهِ, فإنْ كانَ ولا بدّ فاعِلاً فليَقُلْ: اللَّهُمَّ أَحْيِنِي مَا كَانَتِ الْحَيَاةُ خَيْرًا لِي وَتَوَفَّنِي إِذَا كَانَتْ الْوَفَاةُ خَيْرًا لِي)) قال الشيخ الألباني : صحيح
Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən kimsə ona toxunan zərərdən ötrü ölümü istəməsin. Əgər bunu etmək mümkün deyilsə onda desin: “Allahummə Əhyiniy Mə Kənətil Həyətu Xayran Li, Və Təvəffəniy İzə Kənət Vəfətu Xayran Li – Ya Rəbbim! Yaşamaq mənə xeyirli olduğu müddətdə məni yaşad, ölümüm mənə xeyirli olduğu zaman ruhumu al (Başqa rəvayətdə: Əgər yaxşı kimsədirsə ümüd edilir ki, yaxşılığı artırsın, Pis kimsədirsə ümüd edilir ki, qayıdar (tövbə) edər)”1356.
عن أبي هريرة  قال: قال رسول الله : (( لا يتمنَّى أحدُكُم الموتَ, ولا يدعُ به قبل أن يأتيه, وإنه إذا مات انقطع عملُهُ, وإنه لا يزيد المؤمنَ عمرُهُ إلا خيراً )) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Heç biriniz ölümü əsla istəməsin və ölüm gəlmədən də gəlməsinə dua etməyin. Çünki sizdən biri öldüyü zaman əməli kəsilir. Həm də möminin ömrü ona xeyirdən başqa bir şey artırmaz”1357.
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا تَقُومُ السَّاعَةُ حَتَّى يَمُرَّ الرَّجُلُ بِقَبْرِ الرَّجُلِ فَيَقُولَ يَا لَيْتَنِي مَكَانَهُ مَا بِهِ حُبُّ لِقَاءِ اللَّهِ عَزَّ وَجَلَّ. قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından keçən insan Allah ilə qarşılaşmağı sevdiyinə görə: “Kaş ki, onun yerində mən olaydım» deməyincə1358.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin