İBRAHİM MƏQAMINDA EDİLƏN ZİKR عن جابر قال: ثم نفذ إلى مقام إبراهيم فقرأ: ( واتخذوامنمقامإبراهيممصلى ورفع صوته يسمع الناس, فجعل المقام بينه وبين البيت فصلى ركعتين, يقرأ في الأولى قُلْهُواللهُأحدٌ وفي الثانية قُلْياأيُّهاالكافِرُونَ قال الشيخ الألباني : صحيح
Cabir rəvayət edir ki, sonra Peyğəmbər İbrahim məqamına yaxınlaşaraq, səsini insanların eşidə biləcəyi bir (həddə) qaldıraraq buyurdu: “Vəttəxazu Mim Məqami Ibrahimə Musallə - İbrahimin dayandığı yeri namazgah edin!” (əl-Bəqərə 125).Sonra İbrahimin məqamı onunla Kəbə arasında qalacaq bir halda duraraq iki rükət namaz qıldı. Birinci rükətdə: “Qul Huvəllahu Əhəd” (əl-İxlas Surəsi), İkinci rükətdə: “Qul Yə Əyyuhəl Kəfirun” – (əl-Kəfirun Surəsi) oxuyur1437.