ALLAHDAN CƏNNƏTİ DİLƏMƏK VƏ CƏHƏNNƏMDƏN QORUNMAQ عن أبي هريرة قال: قال رسول الله : (( ما استَجارَ عبدٌ من النّارِ سبعَ مرّاتٍ في يومٍ, إلا قالت النّارُ: يا ربِّ إنّ عبدك فلاناً قد استجارَكَ مني فأجِرْهُ, ولا يسألُ اللهَ عبدٌ الجنةَ في يوم سبعَ مراتٍ إلا قالت الجنةُ: يا ربّ إن عبدَك فلاناً سألني فَأَدْخِلْه الجنّة )) قال الشيخ الألباني : صحيح
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi demişdir: “Kim Allahdan gün ərzində 7 dəfə Cəhənnmdən qorunmasını istəyərsə, Cəhənnəm deyər: «Ya Rəbbim! Filan qulun məndən Sənə sığınır (qorumağını istəyir), onu Cəhənnəmdən qoru!”. Kim Allahdan gün ərzində 7 dəfə Cənnəti istəyərsə, Cənnət deyər: «Ya Rəbbim! Filan qulun məni Səndən diləyir. Onu Cənnətə daxil et”1471.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ «مَنْ سَأَلَ اللَّهَ الْجَنَّةَ ثَلاَثَ مَرَّاتٍ قَالَتِ الْجَنَّةُ اللَّهُمَّ أَدْخِلْهُ الْجَنَّةَ. وَمَنِ اسْتَجَارَ مِنَ النَّارِ ثَلاَثَ مَرَّاتٍ قَالَتِ النَّارُ اللَّهُمَّ أَجِرْهُ مِنَ النَّارِ». قال الشيخ الألباني : صحيح
Ənəs İbn Məlikdən rəvayət edir ki, Allah Elçisi buyurdu: «Kim Allahdan 3 dəfə Cənnəti istəyərsə, Cənnət: «Allahım! Onu Cənnətə qoy!» - deyər. Kim 3 dəfə Cəhənnəmdən (Allaha) sığınarsa, Cəhənnəm: «Allahım! Onu Cəhənnəmdən qoru!» - deyər»1472.