İXLAS SURƏSİ BARƏSİNDƏ NƏ GƏLİB عَنْ مُعَاذِ بْنِ أَنَسٍ الْجُهَنِيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ : «مَنْ قَرَأَ قُلْهُوَاللهُأَحَد حَتَّى يَخْتِمَهَا عَشْر مَرَّات بَنَى اللهُ لَهُ قَصْراً فِي الْجَنَّة )فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : إِذًا نَسْتَكْثِرَ يَا رَسُولَ اللهِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : اللَّهُ أَكْثَرُ وَأَطْيَبُ( ». قال الشيخ الألباني : حسن
Muaz İbn Ənəs əl-Cuhəni rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim “De: O Allah Təkdir” (əl-İxlas surəsini) oxuyaraq 10 dəfə başa çatdırarsa, Allah Cənnətdə onun üçün qəsr tikər (Başqa rəvayətdə: Ömər dedi: “Əgər artırsam Yə Rəsulullah!”. Peyğəmbər: “Allah ən gözəl artırandı” deyə buyurdu)1597.
عن أبي أيوب قال : قال رسول الله صلى الله عليه و سلم أيعجز أحدكم أن يقرأ في ليلة ثلث القرآن ؟ من قرأ اللهالواحدالصمدفقد قرأ ثلث القرآن قال الشيخ الألباني : صحيح
Əbu Əyyub rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir gecədə Quranın 3/1 oxumaqdan hansınız acizsiniz? Kim İxlas surəsini oxuyarsa Quranın 3/1 oxumuş olar”1598.
عن أبي هريرة قال : أقبلت مع رسول الله صلى الله عليه و سلم فسمع رجلا يقرأ قلهواللهأحداللهالصمد فقال رسول الله صلى الله عليه و سلم وجبت قلت ما وجبت ؟ قال الجنة. قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər ilə birlikdə gəldim. Bir kişinin İxlas surəsini oxuduğunu eşitdi və vacib oldu deyə buyurdu. Mən: “Nə vacib oldu?” dedim. O: “Cənnət” deyə buyurdu1599.
عن أنس بن مالك: عن النبي صلى الله عليه و سلم قال من قرأ كل يوم مائتي مرة قلهواللهأحد محي عنه ذنوب خمسين سنة إلا أن يكون عليه دين. وبهذا الإسناد عن النبي صلى الله عليه و سلم قال من أراد أن ينام على فراشه فنام على يمينه ثم قرأ قلهواللهأحد مائة مرة إذا كان يوم القيامة يقول له الرب يا عبدي أدخل على يمينك الجنة. قال الشيخ الألباني : ضعيف
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim İxlas surəsini hər gün 100 dəfə oxuyarsa (qul) borcu istisna olmaqla 50 illik günahları bağışlanar. Başqa rəvayətdə: “Peyğəmbər buyurdu: “Kim yatmaq istədiyi zaman sağ tərəfi üzərə uzanar və 100 dəfə İxlas surəsini oxuyarsa Allah Qiyamət günü ona buyurar: Ey qulum! Sağından Cənnətə gir!”1600.
عن أبي هريرة قال : قال رسول الله صلى الله عليه و سلم قلهواللهأحدتعدل ثلث القرآن . قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İxlas surəsi Quranın 3/1 bərabərdir”1601.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- «احْشِدُوا فَإِنِّى سَأَقْرَأُ عَلَيْكُمْ ثُلُثَ الْقُرْآنِ». فَحَشَدَ مَنْ حَشَدَ ثُمَّ خَرَجَ نَبِىُّ اللَّهِ –صلى الله عليه وسلم- فَقَرَأَ ( قُلْهُوَاللَّهُأَحَدٌ) ثُمَّ دَخَلَ فَقَالَ بَعْضُنَا لِبَعْضٍ إِنِّى أُرَى هَذَا خَبَرٌ جَاءَهُ مِنَ السَّمَاءِ فَذَاكَ الَّذِى أَدْخَلَهُ. ثُمَّ خَرَجَ نَبِىُّ اللَّهِ –صلى الله عليه وسلم- فَقَالَ «إِنِّى قُلْتُ لَكُمْ سَأَقْرَأُ عَلَيْكُمْ ثُلُثَ الْقُرْآنِ أَلاَ إِنَّهَا تَعْدِلُ ثُلُثَ الْقُرْآنِ».
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Toplanın sizə Quranın 3/1 oxuyacağam”. Toplanan toplandı sonra Peyğəmbər otağından çıxaraq İxlas surəsini oxudu və otağına qayıtdı. Biz bir-birimizə: Görünür bu xəbər ona səmadan gəlmişdir. Ona görə içəri daxil olmurdu. Sonra Peyğəmbər otağından çıxaraq buyurdu: “Sizə Quranın 3/1 oxuyacağımı demişdim, oxuduğum surə Quranın 3/1 bərabərdir”1602.
قَتَادَةَ بِهَذَا الإِسْنَادِ. وَفِى حَدِيثِهِمَا مِنْ قَوْلِ النَّبِىِّ –صلى الله عليه وسلم- قَالَ « إِنَّ اللَّهَ جَزَّأَ الْقُرْآنَ ثَلاَثَةَ أَجْزَاءٍ فَجَعَلَ قُلْهُوَاللَّهُأَحَدٌجُزْءًا مِنْ أَجْزَاءِ الْقُرْآنِ ».
Peyğəmbər buyurdu: “Allah Quranı 3 hissəyə bölmüşdür. İxlas surəsini Quranın bir hissəsi etmişdir”1603.
عن أنس بن مالك قال: كان رجل من الأنصار يؤمهم في مسجد قباء فكان كلما افتتح سورة يقرأ لهم في الصلاة فقرأ بها افتتح بقلهواللهأحدحتى يفرغ منها ثم يقرأ بسورة أخرى معها وكان يصنع ذلك في كل ركعة فكلمه أصحابه فقالوا إنك تقرأ بهذ السورة ثم لا ترى أنها تجزيك حتى تقرأ بسورة أخرى فإما أن تقرأ بها وإما أن تدعها وتقرأ بسورة أخرى قال ما أنا بتاركها إن أحببتم أن أؤمكم بها فعلت وإن كرهتم تركتكتم وكانوا يرونه أفضلهم وكرهوا أن يؤمهم غيره فلما أتاهم النبي صلى الله عليه و سلم أخبروه الخبر فقال يا فلان ما يمنعك مما يأسر به أصحابك وما يحملك أن تقرا هذه السورة في كل ركعة ؟ فقال يا رسول الله إني أحبها فقال رسول الله صلى الله عليه و سلم إن حبها أدخلك الجنة. وروى مبارك بن فضالة عن ثابت عن أنس أن رجلا قال يا رسول الله إني أحب هذه السورة قل هو الله أحد فقال إن حبك إياها يدخلك الجنة. قال الشيخ الألباني : حسن صحيح
Ənəs rəvayət edir ki, ənsardan bir nəfər Quba məscidində imamlıq edirdi. Bir surəni namazda onlara oxuya bildikdə İxlas surəsi ilə başlayar sonra başqa bir usrə oxuyardı və hər rukətdə eyni şeyi təkrar edərdi. Səhabələr: “Sən bir surə oxuyur, sonra onu yetərli görməyib başqa surə də oxuyursan. Ya daima bu surəni oxu, ya da digərini” dedilər. Ənsar: “Mən bu surəni sevirəm və onu oxumağı tərk etməyəcəyəm, sizə bu surə ilə namaz qıldırmağımı istəsəniz edəcəyəm, yox əgər istəməsəniz imamlığı buraxaram” dedi. Bu kimsə fəzilət sahiblərindən olduğu üçün başqa birisinin onlara imamlıq etmələrini istəmirdilər. Peyğəmbər onların yanlarına gəldiyi zaman ona hadisəni xəbər verdilər. Peyğəmbər: “Ey Filan! Cəmaatın dediyini etməməyə və hər rukətdə bu surəni oxumağına səbəb nədir?” deyə buyurdu. O: “Yə Rəsulullah! Mən bu surəni sevirəm” dedi. Peyğəmbər: “Bu surəyə olan sevgin səni Cənnətə salacaqdır” deyə buyurdu1604.
عن أبي بن كعب : أن المشركين قالوا لرسول الله صلى الله عليه و سلم انسب لنا ربك فأنزل الله { قلهواللهأحداللهالصمد } فالصمد الذي لم يلد ولم يولد لأنه ليس شيء يولد إلا سيموت ولا شيء يموت إلا سيورث وإن الله عز و جل لا يموت ولا يورث { ولم يكن له كفوا أحد } قال لم يكن له شبيه ولا عدل وليس كمثله شيء. قال الشيخ الألباني : حسن دون قوله والصمد الذي
Ubey İbn Kəb rəvayət edir ki, Müşriklər Peyğəmbər dedilər: “Rəbbini (nəsəbini) bizə tanıt”. Allah İxlas surəsini nazil etdi: “De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun Bənzəri də yoxdur”. (əl-İxlas 1-4). Saməd olan Allah nə doğmuş, nə də doğulmuşdur, doğulan hər kəs mütləq öləcəkdir, ölən hər kəsin mirası paylanılacaqdır, Allah ölməz və mirası da paylanmaz, Onun oxşarı, bənzəri, şəriki də yoxdur”1605.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ أَنَّ رَجُلاً سَمِعَ رَجُلاً يَقْرَأُ ﮋ قلهواللهأحداللهالصمد ﮊ يُرَدِّدُهَا فَلَمَّا أَصْبَحَ جَاءَ إِلَى رَسُولِ اللَّهِ فَذَكَرَ ذَلِكَ لَهُ وَكَأَنَّ الرَّجُلَ يَتَقَالُّهَا فَقَالَ رَسُولُ اللَّهِ وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهَا لَتَعْدِلُ ثُلُثَ الْقُرْآنِ.
Əbu Səid əl-Xudri rəvayət edir ki, (bir dəfə gecə vaxtı) bir nəfər başqa birisinin: “İxlas surəsini təkrar-təkrar oxuduğunu eşitdi. Səhər açılanda o, Peyğəmbərin yanına gəlib eşitdiklərini ona danışdı və sanki həmin adamın bu surəni ucuz tutduğunu bildirmək istədi. Lakin Peyğəmbər: “Canım Əlində olan Allaha and olsun ki, bu surə Quranın üçdə birinə bərabərdir”1606.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ النَّبِيُّ لأَصْحَابِهِ أَيَعْجِزُ أَحَدُكُمْ أَنْ يَقْرَأَ ثُلُثَ الْقُرْآنِ فِي لَيْلَةٍ فَشَقَّ ذَلِكَ عَلَيْهِمْ وَقَالُوا أَيُّنَا يُطِيقُ ذَلِكَ يَا رَسُولَ اللَّهِ فَقَالَاللَّهُالْوَاحِدُالصَّمَدُ ثُلُثُ الْقُرْآنِ.
Əbu Səid əl-Xudri rəvayət edir ki, (Bir dəfə) Peyğəmbər əshabələrinə belə buyurdu: “Hansı biriniz bir gecədə Quranın üçdə birini oxuya bilər?”. Bu, əshabələrə ağır gəldi və onlar dedilər: “Bunu hansı birimiz bacara bilər ki, ya Rəsulullah?!”. Peyğəmbər: “Allah Təkdir, Möhtac deyildir” Quranın üçdə birinə bərabərdir”1607.
عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- بَعَثَ رَجُلاً عَلَى سَرِيَّةٍ وَكَانَ يَقْرَأُ لأَصْحَابِهِ فِى صَلاَتِهِمْ فَيَخْتِمُ بِ (قُلْهُوَاللَّهُأَحَدٌ) فَلَمَّا رَجَعُوا ذُكِرَ ذَلِكَ لِرَسُولِ اللَّهِ –صلى الله عليه وسلم- فَقَالَ « سَلُوهُ لأَىِّ شَىْءٍ يَصْنَعُ ذَلِكَ ». فَسَأَلُوهُ فَقَالَ لأَنَّهَا صِفَةُ الرَّحْمَنِ فَأَنَا أُحِبُّ أَنْ أَقْرَأَ بِهَا. فَقَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « أَخْبِرُوهُ أَنَّ اللَّهَ يُحِبُّهُ ».
Aişə rəvayət edir ki, Peyğəmbər bir kişini bölük başçısı olaraq göndərmişdi. O kişi yanındakılarla namaz qılarkən daimə “Qul Huvallahu Əhəd” surəsini oxuyardı. Onlar qayıtdıqda bunu Peyğəmbərə bildirdilər. Peyğəmbər: “Ondan nəyə görə bunu etdiyini soruşun.” Səhabələr o kişidən soruşdular. O, belə dedi: “Çünki İxlas surəsi əl-Rəhmanın sifətidir. Mən də onu oxumağı sevirəm.” Peyğəmbər: “Ona xəbər verin ki, Allah da onu sevir!”1608.