Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə350/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   346   347   348   349   350   351   352   353   ...   386
ما جاء في الرقى

RUQYƏ BARƏSİNDƏ NƏ GƏLİB
وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ”
De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. (Fussilət 44).
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ”
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir”. (Yunus 57).
وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا”
Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır”. (əl-İsra 82).
İbn Qeyyim  deyir ki: “Quranın Şəfa vermədiyinə Allah da şəfa verməz, Quranın kifayət etmədiyinə Allah da kifayət etməz”1655. Əgər bəndə Qurandan istifadə etməklə düzgün müalicə etsə bunun tez bir müddətdə şəfa tapmasına göstərdiyi təsirin şahidi ola bilər. Qurani-Kərim möminlər üçün rəhmət və şəfadır. İbn Qeyyim  deyir: “Mən bir müddət Məkkədə qalmalı oldum. Mənə xəstəliklər üz verirdi. Nə dərman, nə də həkim var idi. Özümü Fatihə surəsi ilə müalicə edirdim. Bunun da möcüzəvi təsirini görürdüm. Bir az Zəm-zəm suyu götürür və dəfələrlə ona Fatihə surəsini oxuyur sonra da içərdim. Beləliklə də tam sağalardım. Sonralar bir çox ağrıları müalicə edərkən bu üsula əsaslanır və faydasını da görürdüm. Ağrıdan şikayətlənənlərə də bu müalicə üsulunu deyirdim. Əksəriyyəti də tez bir müddətdə sağalırdı”. Bir məsələ də vardır ki, bu zikirlər, ayələr, dualar öz-özlüyündə fayda verəndir. Lakin qəbul edən də olmalıdır. Əgər şəfa gecikərsə ya onu edəndə zəiflik vardır, ya da şəfaya mane olan güclü maneə vardır. Şəfanın verilməsi üçün tək dua kifayət deyildir. Dua edənin də iradəsi güclü olmalıdır. Bəzən görürsən ki, dua özü zəif olduğuna görə duanın nəticəsi gecikir. O dua Allahın sevmədiyi dua olduğuna görə. Bəzən də dua güclü olur, lakin qəlb zəif olduğuna görə. Dua etdiyi zaman qəlb bütünlüklə Allaha yönəlmir. Bu dua da zəif yaya oxşayır. Həmçinin – duanın qəbul olmasına mane olan səbəblərdən haram yemək, içmək, zülm, qəlbin pas ilə bağlanması da vardır”1656. Peyğəmbərin  üsulu ilə aparılan müalicə ən xeyirli müalicədir.

Qəlb Xəstəlikləri 1. Şəkk-şübhə. 2. Şəhvət və azğınlıq. Bədən xəstəliklərinə gəldikdə isə bunlar üçdür. 1. Səhhəti qorumaq. 2. Zərərli amillərdən çəkinmək. 3. Bədəni zərərli və əziyyət verən maddələrdən təmizləmək1657.

Möcüzə insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin varlığına qəti bir dəlildir. Onları göndərən isə Allahdır. Çünki, bunlar bəşəriyyətin güc və taqətindən kənar olan xüsuslardır. Allah möcüzələri Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək üçün meydana gətirir. Kəramət Allahın saleh (yalnız saleh) qullarına Allahdan onlara bir ikram olaraq verdiyi bir şeydir. Bu kəramət Quran ayələri, hədislərdən və əsərlərdən məlum olduğu kimi Allah bir çox qullarına bunu ikram etmişdir. Məs: İsanın  dünyaya gəlməsi möcüzə, onun anası üçün isə kəramətdir. Zəkəriyyənin Məryəmin  yanına gəldikdə orada yayda qış meyvələrinin olduğunu, qışda isə yay meyvələrinin olduğunu görməsi, Allah Musanın  anasına vəd verir ki, “Biz uşağı sənə qaytaracağıq”. Ömər  xütbə verərkən öz göndərdiyi qoşunun uduzduğunu görərək onlara qışqırır ki: “Ey Səriyə! Dağa tərəf çəkil”. Və həqiqətən də onlar qalib gəlib qayıtdıqda deyirlər ki, biz hamımız sənin səsini eşitdik”. Həmçinin, Rahib Cureycin hadisəsi1658 mağarada qalan üç kişinin halı və s.1659 Kəramət də yalnız Allahın vəlilərinə məxsusdur.


Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin