Allahın Vəliləri (Övliyaları) Kimlərdir? –Vəli – əmr olunanı yerinə yetirən, qadağandan çəkinən, təqdir edilənlərə qarşı səbr edən, Allahın sevdiyi və Allahı sevən, Allahdan razı olan kimsədir; “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O, kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu ən böyük qurtuluş və uğurdur”. (Yunus 62-63). “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”. (əl-Bəqərə 257). “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O, kəslər ki, (Allaha) boyun əyərək namaz qılar və zəkat verərlər”. (əl-Maidə 55).Amr ibn əl-As rəvayət edir ki, Peyğəmbər buyurdu: “Diqqət edin! Filankəslər mənim dostlarım (vəlilərim) deyildir. Mənim dostlarım Allah və saleh (təqvalı) möminlərdir”1660. Həsənul-Bəsri deyir: “Bir dəstə kimsələr Allahı sevdiklərini iddia etdilər. Uca Allah: “De ki: “Əgər Allahı sevirsinizsə mənə uyun ki, Allah da sizi sevsin…”. (Ali İmran 31). İmam Şafii deyir: “Siz bir adamın su üzərində yeridiyini və ya havada uçduğunu görsəniz belə, onun Peyğəmbərə tabe olması haqqında bir bilgi sahibi olmadığınız müddətdə onu təsdiqləməyin. Onun bu halına aldanmayın”.
Kəramət Və Sehr –1. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi vaxt və istədiyi saleh quluna verir. 2. Kəramət mömin bəndə üçün olur. 3. Kəramət sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. 4. Kəraməti heç nə məhv edə bilməz. Möcüzə Və Sehr –1. Bu dünyada möcüzə yoxdur. Kəramət və ya sehr vardır. Peyğəmbərlər yoxdursa möcüzə də yoxdur. 2. Möcüzə qeyri adi bir şey olur. Allah elə bir möcüzə göstərir ki, insanlar dəhşətə gəlilər. 3. Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir, fasiq və s. Üçün olur. 4. Möcüzənin qarşısını heç nə ilə almaq olmaz. Sehrin isə Quran ayələri, dualarla qarşısını almaq olar. Sehirbazın Əlamətlərindən – mənası başa düşülməyən sözləri donquldaması, “Ananın adı nədir? Atanın adı nədir?” və s. Mənasız suallar verməsi, murdar yerlərdə xoruz və s. Heyvanı qurban kəsməyi tələb etməsi, boynundan Quran ayələrindən ibarət olan amuletlərin asılması. Maraqlı orasıdır ki, belə şeyləi asan kimsələr bu tilsimlərin Qurandan olan ayələrdən ibrət olduğunu söyləyirlər. Lakin açıb içinə nəzər saldıqda heç də belə olmadığını və əksinə qarmaqarışıq sözlərdən ibarət olduğunun şahidi olurlar. Aç və yoxla!