Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR


أوقات وأحوال وأماكن يستجاب فيها الدعاء



Yüklə 17,81 Mb.
səhifə6/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   2   3   4   5   6   7   8   9   ...   386
أوقات وأحوال وأماكن يستجاب فيها الدعاء

DUANIN QƏBUL OLAN VAXTLARI, YERLƏRİ VƏ HALLARI
1. Azan Verilərkən
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- : « ثِنْتَانِ لاَ تُرَدَّانِ أَوْ قَلَّمَا تُرَدَّانِ : الدُّعَاءُ عِنْدَ النِّدَاءِ وَعِنْدَ الْبَأْسِ حِينَ يُلْحِمُ بَعْضُهُمْ بَعْضًا ». قَالَ مُوسَى : وَحَدَّثَنِى رِزْقُ بْنُ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ عَنِ النَّبِىِّ -صلى الله عليه وسلم- قَالَ : وَوَقْتَ الْمَطَرِ. قال الألباني : صحيح
Səhl İbn Sad  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İki şey (dua) vardır ki, rədd edilməz və ya çox az, nadir hallarda geri qaytarılar: Azan oxunduğu zaman və döyüş zamanı iki ordunun bir-biri ilə üzləşərək döyüşdükləri an edilən dua (Başqa rəvayətdə: Yağış zamanı)”75.
سهل بن سعد  قال: قال رسول الله : (( ساعتـان تُفتَح فيهمـا أبوابُ السمـاء, وقلّمـا تُرَدَّ عـلى داعٍ دعوتُه عند حضور النَّداءِ, والصفِّ في سبيل الله )) قال الألباني : صحيح
Səhl İbn Sad  rəvayət edir ki: “İki saat vardır ki, o saatlarda göy qapıları açılır və dua edən çox az adamın duası qəbul olunmaz: Azan oxunarkən və Allah yolunda (olan cihaddakı) səflərdə yer tutarkən”76.
2. Azan Və İqamə Arasında Edilən Dua
أن أنس بن مالك  قال: قال رسول الله  : (( الدَّعَاءُ لا يُردُّ بينَ الأذانِ والإقَامِة )) قال الألباني : صحيح
Ənəs İbn Məlik  rəvayət edir ki, Allahın Elçisi  buyurdu: “Azan və İqamə arasında edilən dua rədd edilməz”77.
3. Səcdədə Olarkən Edilən Dua
عن ابن عباس  قال: قال رسول الله :(( ألا وإنِّي نُهيتُ أن أقْرَأ القُرآنَ راكِعاً أو ساجِداً, فأمَّا الرُّكوعُ, فعَظِّموا فيه الرَّبَّ, وأمَّا السُّجودُ, فاجْتَهِدوا في الدُّعاء, فقَمِنٌ أن يُستَجابَ لكم)) قال الألباني : صحيح
İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  (Ruku və Səcdədə Quran oxumağı yasaq edərək) buyurdu: “Mən rüku və səcdədə Quran oxumaqdan qadağan edildim. Rükuda siz Allahı təzim edin, səcdədə çoxlu dua edin. Belə etsəniz cavab almağa layiqsiniz»78.
4. Fərz Namazlarının Axırında Salamdan Öncə Edilən Dua
عَنْ أَبِى أُمَامَةَ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الدُّعَاءِ أَسْمَعُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ وَدُبُرَ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ». قَالَ هَذَا حَدِيثٌ حَسَنٌ. وَقَدْ رُوِىَ عَنْ أَبِى ذَرٍّ وَابْنِ عُمَرَ عَنِ النَّبِىِّ  أَنَّهُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ الدُّعَاءُ فِيهِ أَفْضَلُ أَوْ أَرْجَى». قال الألباني : حسن
Əbu Umamədən  rəvayət edilir ki: «Allah Elçisindən  soruşuldu ki: «Hansı dua qəbul olmağa daha yaxındır?» Allah Elçisi  buyurdu: «Gecənin son yarısında və fərz namazlarından sonra edilən dualar». Əbu Zərr və İbn Ömər  rəvayət edirlər ki, Peyğəmbər  buyurdu: “Gecənin son yarısı edilən dua daha dəyərli və daha ümüd vericidir və ya buna bənzər bir ifadə işlətdi”79.
5. Axırıncı Təşəhhüddə Peyğəmbərə  Salavat Gətirdikdən Sonra
حدثنا محمود بن غيلان حدثنا يحيى بن آدم حدثنا أبو بكر بن عياش عن عاصم عن زر عن عبد الله قال : كنت أصلي والنبي صلى الله عليه و سلم و أبو بكر وعمر معه فلما جلست بدأت بالثناء على الله ثم الصلاة على النبي صلى الله عليه و سلم ثم دعوت لنفسي فقال النبي صلى الله عليه و سلم سل تعطه سل تعطه )قال( وفي الباب عن فضالة بن عبيد . قال الألباني : صحيح
İbn Məsud  deyir ki: “Namaz qılırdım. Əbu Bəkr və Ömər  Peyğəmbərlə  birlikdə idilər. O vaxtki, oturub Allaha həmd-səna, Peyğəmbərə  salavat gətirdim və sonra özüm üçün dua etdim, Peyğəmbər: “İstə, (istəyin) verilər, istə, (istəyin) verilər” deyə buyurdu80.
6. Gecənin Axır Üçdə Birində Edilən Dua
عَنْ أَبِى هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللَّهِ  قَالَ «يَنْزِلُ رَبُّنَا تَبَارَكَ وَتَعَالَى كُلَّ لَيْلَةٍ إِلَى السَّمَاءِ الدُّنْيَا حِينَ يَبْقَى ثُلُثُ اللَّيْلِ الآخِرُ يَقُولُ مَنْ يَدْعُونِى فَأَسْتَجِيبَ لَهُ مَنْ يَسْأَلُنِى فَأُعْطِيَهُ مَنْ يَسْتَغْفِرُنِى فَأَغْفِرَ لَهُ»
Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  dedi: “Uca və Ulu Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir va buyurur: “Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyir ki, Mən də ona istədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!“81.
7. Cümə Günü Edilən Dua
عَنْ أَبِي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللَّهِ ذَكَرَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ: «فِيهِ سَاعَةٌ لاَ يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ، وَهْوَ قَائِمٌ يُصَلِّى، يَسْأَلُ اللَّهَ تَعَالَى شَيْئًا إِلاَّ أَعْطَاهُ إِيَّاهُ». وَأَشَارَ بِيَدِهِ يُقَلِّلُهَا.
Əbu Hureyra  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  cümə gününü yada salıb buyurdu: “Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin vaxt) namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah ona istədiyini mütləq verər”. Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi82.

Cümə günündə olan həmin anın hansı vaxtda olması barədə alimlərin müxtəlif rəyləri vardır. Lakin ən güclüsü və dəlilə daha yaxın olanı iki rəydir:




Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin