Yatmaq İstədikdə: Bəra İbn Azib rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ böyrün üstə uzan və: “Allahummə Əsləmtu Nəfsiy İleykə, Və Vəccəhtu Vachiy İleykə, Və Fəvvədtu Əmriy İleykə, Və Əlcə'tu Zahriy İleykə, Rağbətən Və Rahmətən İleyk, Lə Məlcə'ə Və Lə Məncəə Minkə İllə İleyk, Əməntu Bikitabikəl Ləzi Ənzəltə Və Binəbiyyikəl Ləzi Ərsəltə - Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!”. Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq) öləcəksən. (Başqa rəvayətdə: Sabaha çıxsan çox xeyir üzərində çıxmış olarsan) Sən bu sözləri, dediyin sözlərin axırıncısı et”. (Bəra İbn Azib) deyir ki, mən bu duanı Peyğəmbərə oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba iman gətirdim” sözünə yetişdikdə “və göndərdiyin Elçiyə” - dedim. O buyurdu: “Xeyr, göndərdiyin Peyğəmbərə” - (de)”616.
عن رافع بن خديج رضي الله عنه : أن النبي صلى الله عليه و سلم قال إذا اضطجع أحدكم على جنبه الأيمن ثم قال اللَّهُمَّإِنِّىأَسْلَمْتُنَفْسِىإِلَيْكَوَوَجَّهْتُوَجْهِىإِلَيْكَوَأَلْجَأْتُظَهْرِىإِلَيْكَوَفَوَّضْتُأَمْرِىإِلَيْكَلاَمَلْجَأَوَلاَمَنْجَامِنْكَإِلاَّإِلَيْكَأُومِنُبِكِتَابِكَوَبِرُسُلِكَ فإن مات من ليلته دخل الجنة. قال الشيخ الألباني : ضعيف الإسناد وقوله وبرسولك مخالف للصحيح