Yatağa Girdikdə: Əli rəvayət edir ki, Fatimə kirkirənin (onun əllərində, un üyüdməkdən əlləri qabarmışdı) iz buraxdığından şikayət etdi. (Bir müddətdən sonra) Peyğəmbərə (bir neçə) əsir gətirdilər. Fatimə (bu əsirlərdən birini özünə köməkçi götürmək məqsədilə) Peyğəmbərin yanına getdi, lakin onu (evdə) tapa bilmədi, Aişəni görüb (nə istədiyini) ona bildirdi. Peyğəmbər (evə) gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən (onu görəndə) ayağa qalxmaq istədim, lakin o: “Qalxmayın!” - dedi və (gəlib) aramızda oturdu. Mən hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O buyurdu: “Məndən istədiyinizdən (xidmətçidən) daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza uzandığınız zaman otuz dörd dəfə “Allahu Əkbər”, otuz üç dəfə “Sübhənəllah” və otuz üç dəfə “Əlhəmdulillah” deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar (Başqa rəvayətdə: “Əli belə rəvayət edir: “Peyğəmbərdən eşitdikdən bəri onu tərk etmədim. Ondan soruşuldu ki: “Hətta Siffeyn gecəsi də (tərk etmədin)?” O belə buyurdu: “Hətta Siffeyn gecəsi də (tərk etmədim)”622.
عَنْ عَلِىٍّ رَحِمَهُ اللَّهُ عَنْ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- أَنَّهُ كَانَ يَقُولُ عِنْدَ مَضْجَعِهِ « اللَّهُمَّإِنِّىأَعُوذُبِوَجْهِكَالْكَرِيمِوَكَلِمَاتِكَالتَّامَّةِمِنْشَرِّمَاأَنْتَآخِذٌبِنَاصِيَتِهِاللَّهُمَّأَنْتَتَكْشِفُالْمَغْرَمَوَالْمَأْثَمَاللَّهُمَّلاَيُهْزَمُجُنْدُكَوَلاَيُخْلَفُوَعْدُكَوَلاَيَنْفَعُذَاالْجَدِّمِنْكَالْجَدُّسُبْحَانَكَوَبِحَمْدِكَ ». قال الشيخ الألباني : ضعيف