Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə45/56
tarix27.10.2017
ölçüsü17,81 Mb.
#15849
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

فضل سجود التلاوة


TİLAVƏT SƏCDƏSİNİN FƏZİLƏTİ
عن أبي هريرة  قال: قال رسول الله : ((إِذَا قَرَأَ ابْنُ آدَمَ السَّجْدَةَ فَسَجَدَ اعْتَزَلَ الشَّيْطَانُ يَبْكِى يَقُولُ يَا وَيْلَهُ – وَفِى رِوَايَةِ أَبِى كُرَيْبٍ يَا وَيْلِى – أُمِرَ ابْنُ آدَمَ بِالسُّجُودِ فَسَجَدَ فَلَهُ الْجَنَّةُ وَأُمِرْتُ بِالسُّجُودِ فَأَبَيْتُ فَلِىَ النَّارُ ». قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Adəm oğlu səcdə (ayəsini) oxuyub səcdə etdikdə şeytan ağlayaraq deyər: “Vay olsun mənə! Adəm oğlu səcdə etmək əmr edildi, səcdə etdi və ona Cənnət (vacib) oldu, mənə də səcdə etmək əmr olundu, imtina etdim Cəhənnəm (vacib) oldu“1535.

في كم يختم القرآن


NEÇƏ (GÜNƏ) QURAN XƏTM EDİLƏ BİLƏR?
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّهُ سَأَلَ النَّبِىَّ –صلى الله عليه وسلم- فِى كَمْ يَقْرَأُ الْقُرْآنَ قَالَ « فِى أَرْبَعِينَ يَوْمًا ». ثُمَّ قَالَ « فِى شَهْرٍ ». ثُمَّ قَالَ « فِى عِشْرِينَ ». ثُمَّ قَالَ « فِى خَمْسَ عَشْرَةَ ». ثُمَّ قَالَ « فِى عَشْرٍ ». ثُمَّ قَالَ « فِى سَبْعٍ ». لَمْ يَنْزِلْ مِنْ سَبْعٍ. أقرأه في ثلاث. لا يفقه من اقرأ القرآن في أقل من ثلاث)) قال الشيخ الألباني : صحيح
(Peyğəmbərin  bir gecədə bütün Quranı oxuyub xətm etməsi barəsində bir şey yoxdur). Əksinə Abdullah İbn Amrın  belə etmək istəyinə razı olmadı. O: 40 günə xətm et!» dedi. Mən: «Bu mənim üçün asantdır». O: «Quranı ayda bir dəfə xətm et» dedi. Abdullah: «Bu mənim üçün asantdır (özümdə bunu etməyə güc hiss edirəm)» dedi. Peyğəmbər: «Onda 20 günə oxu» dedi. Abdullah: «Bu mənim üçün asantdır» dedi. Peyğəmbər: «15 günə oxu». Mən: « Bu mənim üçün asantdır» dedim. O: «10 günə oxu» dedi. Mən « Bu da mənim üçün asantdır» dedim. O: «7 günə oxu və bundan tez oxuma» dedi. Lakin sonra Abdullahnın  5 gündə oxumasına, daha sonra isə 3 günə oxumasına rüxsət vermişdir. Bundan daha aşağı olaraq Quran xətm etməsini qadağan etdi. Səbəbini: «Kim Quranı 3 gündən az bir müddətə oxuyub xətm edərsə nə dediyini anlamaz» açıqladı1536.

الدعاء عند ختم القرآن


QURANI XƏTM ETDİKDƏ EDİLƏN DUA
قال الشيخ الألباني : وقد جاء في ذلك آثار كثيرة, عن السلف الصالح منها ما رواه ثابت البناني قال: كان أنس  إذا ختم القرآن جمع ولده وأهل بيته فدعا لهم. قال الشيخ الألباني : صحيح
Şeyx əl-Albani  deyir ki: “Sələfi Salehdən bir çox əsərlərdə Quranı xətm edərkən dua varid olmuşdur. Ənəs  Quranı xətm edərkən övladlarını və əhli beytini toplayaraq onlar üçün dua edərdi”1537.
الدعاء اذا أراد حفظ الشيء

BİR ŞEYİ ƏZBƏRLƏMƏK ÜÇÜN HANSI DUA OXUNMALIDIR
عَنِ ابْنِ عَبَّاسٍ أَنَّهُ قَالَ بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللَّهِ –صلى الله عليه وسلم- إِذْ جَاءَهُ عَلِىُّ بْنُ أَبِى طَالِبٍ فَقَالَ بِأَبِى أَنْتَ وَأُمِّى تَفَلَّتَ هَذَا الْقُرْآنُ مِنْ صَدْرِى فَمَا أَجِدُنِى أَقْدِرُ عَلَيْهِ. فَقَالَ لَهُ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « يَا أَبَا الْحَسَنِ أَفَلاَ أُعَلِّمُكَ كَلِمَاتٍ يَنْفَعُكَ اللَّهُ بِهِنَّ وَيَنْفَعُ بِهِنَّ مَنْ عَلَّمْتَهُ وَيُثَبِّتُ مَا تَعَلَّمْتَ فِى صَدْرِكَ ». قَالَ أَجَلْ يَا رَسُولَ اللَّهِ فَعَلِّمْنِى. قَالَ « إِذَا كَانَ لَيْلَةُ الْجُمُعَةِ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَقُومَ فِى ثُلُثِ اللَّيْلِ الآخِرِ فَإِنَّهَا سَاعَةٌ مَشْهُودَةٌ وَالدُّعَاءُ فِيهَا مُسْتَجَابٌ وَقَدْ قَالَ أَخِى يَعْقُوبُ لِبَنِيهِ (سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّى) يَقُولُ حَتَّى تَأْتِىَ لَيْلَةُ الْجُمُعَةِ فَإِنْ لَمْ تَسْتَطِعْ فَقُمْ فِى وَسَطِهَا فَإِنْ لَمْ تَسْتَطِعْ فَقُمْ فِى أَوَّلِهَا فَصَلِّ أَرْبَعَ رَكَعَاتٍ تَقْرَأُ فِى الرَّكْعَةِ الأُولَى بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَةِ يس َفِى الرَّكْعَةِ الثَّانِيَةِ بِفَاتِحَةِ الْكِتَابِ وَ( حم) الدُّخَانَ وَفِى الرَّكْعَةِ الثَّالِثَةِ بِفَاتِحَةِ الْكِتَابِ وَالم َنْزِيلُ السَّجْدَةَ وَفِى الرَّكْعَةِ الرَّابِعَةِ بِفَاتِحَةِ الْكِتَابِ وَتَبَارَكَ الْمُفَصَّلَ فَإِذَا فَرَغْتَ مِنَ التَّشَهُّدِ فَاحْمَدِ اللَّهَ وَأَحْسِنِ الثَّنَاءَ عَلَى اللَّهِ وَصَلِّ عَلَىَّ وَأَحْسِنْ وَعَلَى سَائِرِ النَّبِيِّينَ وَاسْتَغْفِرْ لِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلإِخْوَانِكَ الَّذِينَ سَبَقُوكَ بِالإِيمَانِ ثُمَّ قُلْ فِى آخِرِ ذَلِكَ اللَّهُمَّ ارْحَمْنِى بِتَرْكِ الْمَعَاصِى أَبَدًا مَا أَبْقَيْتَنِى وَارْحَمْنِى أَنْ أَتَكَلَّفَ مَا لاَ يَعْنِينِى وَارْزُقْنِى حُسْنَ النَّظَرِ فِيمَا يُرْضِيكَ عَنِّى اللَّهُمَّ بَدِيعَ السَّمَوَاتِ وَالأَرْضِ ذَا الْجَلاَلِ وَالإِكْرَامِ وَالْعِزَّةِ الَّتِى لاَ تُرَامُ أَسْأَلُكَ يَا اللَّهُ يَا رَحْمَنُ بِجَلاَلِكَ وَنُورِ وَجْهِكَ أَنْ تُلْزِمَ قَلْبِى حِفْظَ كِتَابِكَ كَمَا عَلَّمْتَنِى وَارْزُقْنِى أَنْ أَتْلُوَهُ عَلَى النَّحْوِ الَّذِى يُرْضِيكَ عَنِّى اللَّهُمَّ بَدِيعَ السَّمَوَاتِ وَالأَرْضِ ذَا الْجَلاَلِ وَالإِكْرَامِ وَالْعِزَّةِ الَّتِى لاَ تُرَامُ أَسْأَلُكَ يَا اللَّهُ يَا رَحْمَنُ بِجَلاَلِكَ وَنُورِ وَجْهِكَ أَنْ تُنَوِّرَ بِكِتَابِكَ بَصَرِى وَأَنْ تُطْلِقَ بِهِ لِسَانِى وَأَنْ تُفَرِّجَ بِهِ عَنْ قَلْبِى وَأَنْ تَشْرَحَ بِهِ صَدْرِى وَأَنْ تَغْسِلَ بِهِ بَدَنِى لأَنَّهُ لاَ يُعِينُنِى عَلَى الْحَقِّ غَيْرُكَ وَلاَ يُؤْتِيهِ إِلاَّ أَنْتَ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِىِّ الْعَظِيمِ يَا أَبَا الْحَسَنِ تَفْعَلُ ذَلِكَ ثَلاَثَ جُمَعٍ أَوْ خَمْسَ أَوْ سَبْعَ تُجَابُ بِإِذْنِ اللَّهِ وَالَّذِى بَعَثَنِى بِالْحَقِّ مَا أَخْطَأَ مُؤْمِنًا قَطُّ ». قَالَ عَبْدُ اللَّهِ بْنُ عَبَّاسٍ فَوَاللَّهِ مَا لَبِثَ عَلِىٌّ إِلاَّ خَمْسًا أَوْ سَبْعًا حَتَّى جَاءَ عَلِىٌّ رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- فِى مِثْلِ ذَلِكَ الْمَجْلِسِ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنِّى كُنْتُ فِيمَا خَلاَ لاَ آخُذُ إِلاَّ أَرْبَعَ آيَاتٍ أَوْ نَحْوَهُنَّ وَإِذَا قَرَأْتُهُنَّ عَلَى نَفْسِى تَفَلَّتْنَ وَأَنَا أَتَعَلَّمُ الْيَوْمَ أَرْبَعِينَ آيَةً أَوْ نَحْوَهَا وَإِذَا قَرَأْتُهَا عَلَى نَفْسِى فَكَأَنَّمَا كِتَابُ اللَّهِ بَيْنَ عَيْنَىَّ وَلَقَدْ كُنْتُ أَسْمَعُ الْحَدِيثَ فَإِذَا رَدَّدْتُهُ تَفَلَّتَ وَأَنَا الْيَوْمَ أَسْمَعُ الأَحَادِيثَ فَإِذَا تَحَدَّثْتُ بِهَا لَمْ أَخْرِمْ مِنْهَا حَرْفًا. فَقَالَ لَهُ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- عِنْدَ ذَلِكَ « مُؤْمِنٌ وَرَبِّ الْكَعْبَةِ يَا أَبَا الْحَسَنِ ». قال الشيخ الألباني : موضوع
İbn Abbas  rəvayət edir ki, Peyğəmbərin  yanında ikən Əli İbn Əbu Talib  gəldi. “Anam atam sənə fəda olsun ey Allahın Rəsulu! Bu Quran mənim köksümdən yox olub gedir və bunun qarşısını da ala bilmirəm”. Peyğəmbər: “Ey Əbul Həsən! Sənə elə bir kəlimələr öyrədimmi ki, Allah bu kəlimələrlə səni faydalandırsın, səndə olan bu şeylərlə də digərlərini faydalandırsın və öyrəndiklərini də qəlbinə yerləşdirsin”. Mən: “Bəli, ey Allahın Rəsulu! Mənə öyrət” dedim. Peyğəmbər: “Gümə gecəsi gecənin 3/1-də qalxmağa gücün çatarsa bu saat mələklərin izlədiyi bir saatdır və bu saatda edilən dualar qəbul olur. Qardaşım Yaqub  öz övladlarına: (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (Yusuf 98). Cümə günü deməkdir. Əgər buna gücün çatmazsa gecənin yarısında qalx, əgər buna da gücün çatmazsa gücənin əvvəlində qalxıb dörd rükət namaz qıl. Birinci rükətdə Fatihə ilə birlikdə Yəsin surəsini oxu, ikinci rükətdə Hə Mim – Duhan surəsini oxu. Üçüncü rükətdə Fatihə və Əlif Ləm Mim Səcdə, dördüncü rükətdə isə Fatihə ilə birlikdə Təbərakə surəsini oxu. Təşəhhüdü bitirdiyin zaman Allaha həmd-səna et və mənə salavat gətir. Sonra bütün Peyğəmbərlərə də salavat gətir. Sonra bütün mömin kişi və qadınlar üçün bağışlanma dilə və səndən öncə gəlib getmiş imanlı qardaşların üçün bağışlanma dilə. Sonda: “Allahummərhəmni Bi Tərki Məasi Əbədən Mə Əbqaytəni Vərhəmni Ən Ətəkəlləfə Mə Lə Yəanini Vərzuqni Husnən Nəzari Fimə Yurdikə Anni Allahummə Bədias Səməvəti Vəl Ardi Zəl Cələli Vəl İkram Vəl İzzətil Ləti Lə Turamu Əsəlukə Yə Allahu Yə Rahmənu Bi Cələlikə Və Nuri Vəchikə Ən Tulzimə Qalbi Hifza Kitəbikə Kəmə Alləmtəni Vərzuqni Ən Ətluvəhu Alən Nəhvil Ləzi Yurdıkə Anni Allahummə Bədias Səməvəti Vəl Ardi Zəl Cələli Vəl İkram Vəl İzzətil Ləti Lə Turamu Əsəlukə Yə Allahu Yə Rahmənu Bi Cələlikə Və Nuri Vəchikə Ən Tunəvvira Bi Kitəbikə Bəsari Və Ən Tutliqa Bihi Lisəni Və Ən Tufərricə Bihi An Qalbi Və Ən Təşrahə Bihi Sadri Və Ən Təğsilə Bihi Bədəni Ənnəhu Lə Yuinuni Aləl Həqqi Ğayrukə Və Lə Yutiyəhu İllə Əntə Və Lə Həulə Və Lə Quvvətə İllə Billəhil Aliyyil Azimi – Allahım! Həyatda olduğum müddətdə məni günahlara batırmadan mənə rəhm et! Mənə fayda verməyəcək şeylərdən məni uzaq et! Razı qaldığı şeylərə əyilməyi mənə nəsib et! Göyləri və yerləri yaradan, Ey Cəlal və İkram sahibi olan Allahım! Ey Allahım! Ey Rahmən! Sənin cəlalın üçün istərim, Üzünün nuru üçün öyrətdiyin şəkildə Quranı mənə əzbərlətməyini diləyirəm. Səni məndən razı edəcək şəkildə O kitabı oxumağı mənə nəsib et! Göyləri və yerləri yaradan, Ey Cəlal və İkram sahibi olan Allahım! Ey Allahım! Ey Rahmən! Sənin cəlalın üçün istərim ve Üzünün nuru üçün Sənin kitabınla gözümü nurlandırmağını, dilimi onunla danışmağını, qəlbimdəki sıxıntını onunla aparmağını, könlümü onunla açmağını, bədənimi onunla islah olmağını diləyirəm. Haqq uğrunda mənə Səndən başqası kömək etməz və haqqı yalnız Sən verirsən. Səndən başqa güc qüvvət sahibi yoxdur. Uca və Böyük olan Sənsən! Ey Əbul Həsən! Bunu üç, beş və ya yeddi cümə etsən Allahın izni ilə duan mütləq qəbul olur. Məni haqq ilə göndərən Allaha and olsun ki, bu dua mömindən heç bir zaman yan keçməmişdir (qəbul olunmuşdur)”. İbn Abbas  deyir ki: “Vallahi! Əli  beş və ya yeddi Cümə keçdikdən sonra belə bir toplantıda Peyğəmbərin  yanına gələrək dedi: “Ey Allahın Rəsulu! Bundan öncə yalnız dörd ayə əzbərliyərdim digərləri isə unudulub gedərdi. Bu gün qırx ayə qədər əzbərliyir və bunları oxuyarkən sanki kitab gözlərimin qarşısında kimidir. (əvvəllər) bir hədis öyrəndiyim zaman onu başqasına çatdırmaq isətikdə unudurdum. İndi isə hədis dinləyir və onu başqalarına çatdırdığım zaman bir hərf də olsun belə əskiltmədən çatdırıram”. Peyğəmbər: “Ey Əbul Həsən! Kəbənin Rəbbinə and olsun ki, sən həqiqi möminsən” deyə buyurdu1538.

ما ورد في سورة البقرة و آيةَ الكُرسي

BƏQƏRƏ SURƏSİ VƏ AYƏTUL KURSİ BARƏSİNDƏ NƏ GƏLİB
عن أبي هريرة قال : بعث رسول الله صلى الله عليه و سلم بعثا وهم ذو عدد فاستقرأهم فاستقرأ كل رجل منهم ما معه من القرآن فأتى على رجل منهم من أحدثهم سنا فقال ما معك يا فلان ؟ قال معي كذا وكذا وسورة البقرة قال أمعك سورة البقرة ؟ فقال نعم قال فاذهب فأنت أميرهم فقال رجل من أشرافهم والله يا رسول الله ما منعني أن أتعلم سورة البقرة إلا خشية ألا أقوم بها فقال رسول الله صلى الله عليه و سلم تعلموا القرآن فاقرءوه وأقرئوه فإن مثل القرآن لمن تعلمه فقرأه وقام به كمثل جراب محشوا مسكا يفوح بريحه كل مكان ومثل من تعمله فيرقد وهو في جوفه كمثل جراب وكئ على مسك. قال الشيخ الألباني : ضعيف
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  (döyüşə) göndərmək üçün bir ordu düzəltmişdi. (səhabələrin) əzbərlərində olan (Qurandan) oxumalarını istəmişdi. Hər kəs Qurandan əzbərində olan yerlərdən oxuyacaqdı deyə yaşda ən kiçik olanı gəldi və ona: “Ey filankəs? Əzbərində (Qurandan) nə var?” deyə buyurdu. O: “Mənim əzbərimdə Qurandan Bəqərə surəsi vardır, dedi”. Peyğəmbər: “Sənin əzbərində Bəqərə surəsi vardır?”. O: “Bəli” dedi. Peyğəmbər: “O, halda get bu dəstənin başçısı ol!” dedi. O, dəstəyə qatılan yaşlılardan biri: “Yə Rəsulullah! Bəqərə surəsini öyrənməməyimə mane olan şey onun haqqını verməmək qorxusudur” dedi. Peyğəmbər: “Quranı öyrənin, oxuyun və oxudun (başqalarına öyrədin). Quranı öyrənən, oxuyan və öyrədən kimsənin misalı misk ilə dolu olan qaba bənzər ki, qoxusu ətrafa yayılar. Quran biliyi olub onu (ətrafına) öyrətməyən kimsə ağzı bağlanmış misk qutusuna bənzər ki, ətrafda olanlar ondan istifadə etməz”1539.
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- قَالَ « لاَ تَجْعَلُوا بُيُوتَكُمْ مَقَابِرَ )اقرؤا سورة البقرة في بيوتكم( إِنَّ الشَّيْطَانَ يَنْفِرُ مِنَ الْبَيْتِ الَّذِى تُقْرَأُ فِيهِ سُورَةُ الْبَقَرَةِ ».
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Evlərinizi qəbristanlığa çevirməyin, (evlərinizdə Bəqərə surəsini oxuyun) içində Bəqərə surəsi oxunan evə şeytan girməz”1540.
عن أبي هريرة قال : قال رسول الله صلى الله عليه و سلم لكل شيء سنام وإن سنام القرآن سورة البقرة وفيها آية هي سيدة آي القرآن هي آية الكرسي. قال الشيخ الألباني : ضعيف
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər bir şeyin zirvəsi vardır, Quranın zirvəsi isə Bəqərə surəsidir. Bu surədə bir ayə vardır ki, Quran ayələrinin seyyididir. Bu ayə Ayətul Kursidir1541.
عن أبي هريرة  قَالَ: «أَمَا إِنَّهُ قَدْ كَذَبَكَ وَسَيَعُودُ». فَرَصَدْتُهُ الثَّالِثَةَ فَجَاءَ يَحْثُو مِنَ الطَّعَامِ، فَأَخَذْتُهُ فَقُلْتُ لأَرْفَعَنَّكَ إِلَى رَسُولِ اللَّهِ ، وَهَذَا آخِرُ ثَلاَثِ مَرَّاتٍ أَنَّكَ تَزْعُمُ لاَ تَعُودُ ثُمَّ تَعُودُ. قَالَ دَعْنِى أُعَلِّمْكَ كَلِمَاتٍ يَنْفَعُكَ اللَّهُ بِهَا. قُلْتُ مَا هُوَ قَالَ إِذَا أَوَيْتَ إِلَى فِراشِكَ فاقرأ آيةَ الكُرسي:  الله لا إلهَ إلا هُو الحيُّ القيُّومُ  حتى تختِمَها, فأنَّه لنْ يَزَالَ عَلَيْكَ مِنَ اللَّهِ حَافِظٌ وَلاَ يَقْرَبَنَّكَ شَيْطَانٌ حَتَّى تُصْبِحَ. فَخَلَّيْتُ سَبِيلَهُ فَأَصْبَحْتُ، فَقَالَ لِى رَسُولُ اللَّهِ : «مَا فَعَلَ أَسِيرُكَ الْبَارِحَةَ». قُلْتُ يَا رَسُولَ اللَّهِ زَعَمَ أَنَّهُ يُعَلِّمُنِى كَلِمَاتٍ، يَنْفَعُنِى اللَّهُ بِهَا، فَخَلَّيْتُ سَبِيلَهُ. قَالَ: «مَا هِىَ؟» قُلْتُ قَالَ لِى إِذَا أَوَيْتَ إِلَى فِرَاشِكَ فَاقْرَأْ آيَةَ الْكُرْسِىِّ مِنْ أَوَّلِهَا حَتَّى تَخْتِمَ  الله لا إلهَ إلا هُو الحيُّ القيُّومُ  وَقَالَ لِى لَنْ يَزَالَ عَلَيْكَ مِنَ اللَّهِ حَافِظٌ وَلاَ يَقْرَبَكَ شَيْطَانٌ حَتَّى تُصْبِحَ، وَكَانُوا أَحْرَصَ شَىْءٍ عَلَى الْخَيْرِ. فَقَالَ النَّبِىُّ : «أَمَا إِنَّهُ قَدْ صَدَقَكَ وَهُوَ كَذُوبٌ، تَعْلَمُ مَنْ تُخَاطِبُ مُنْذُ ثَلاَثِ لَيَالٍ يَا أَبَا هُرَيْرَةَ». قَالَ لاَ. قَالَ: «ذَاكَ شَيْطَانٌ». قال الشيخ الألباني : صحيح
Uzun bir hədisin bir hissəsi: Əbu Hureyrə  rəvayət edir ki, O, yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin  yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan.” O yalvarıb dedi: “Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər.” Mən: “O nə sözdür?”– deyə soruşdum. O dedi: “Yatağına uzananda Ayətul Kursi: “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...” – ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz.” Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər  məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rəsulallah! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım.” Peyğəmbər: “Nədir o?”– deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Ayətul Kursi “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...” – ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”– deyə cavab verdikdə, Peyğəmbər: “Bu, şeytan idi!”1542.
عن أبي أيوب الأنصاري :…. فأخذها فقال ما أنا بتاركك حتى أذهب بك إلى النبي صلى الله عليه و سلم فقالت إني ذاكرة لك شيئا آية الكرسي اقرأها في بيتك فلا يقربك شيطان ولا غيره قال فجاء إلى النبي صلى الله عليه و سلم فقال ما فعل أسيرك ؟ قال فأخبره بما قالت قال صدقت وهي كذوب. قال الشيخ الألباني : صحيح
Əbu Əyyub əl-Ənsari  rəvayət edir ki, (şeytan yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı). Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin  yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan”. O: ”Sənə bir şey öyrədəcəyəm: Ayətul Kursi, evində oxuduğun zaman nə şeytan, nə də başqası sənə yaxınlaşmaz” dedi. Mən Peyğəmbərin  yanına gəldim. O: “Əsirin nə etdi?” dedi. Mən ona olanı dedim. O: “O, doğru söyləmişdir, özü yalançı olsa da belə” deyə buyurdu1543.
عن عبد الله بن مسعود  موقوفاً ومرفوعاً: (( أن كل شيء سناماً, وسنام القرآن سورة  البقرة , وأن الشيطان إذا سمع سورة البقرة, خرج من البيت الذي يقرأ فيه سورة البقرة )) قال الشيخ الألباني : صحيح
İbn Məsud  Movquf və Mərfu olaraq rəvayət edir ki: Hər bir şeyin zirvəsi vardır, Quranın zirvəsi isə Bəqərə surəsidir. Şeytan Bəqərə surəsini eşitdiyi evdən çıxar, buna görə də (evlərinizdə) Bəqərə surəsini oxuyun”1544.
عن النعمان بن بشير : عن النبي صلى الله عليه و سلم قال إن الله كتب كتابا قبل أن يخلق السموات والأرض بألفي عام وأنزل منه آيتين ختم بهما سورة البقرة ولا يقرآن في دار ثلاث ليال فيقربها شيطان. قال الشيخ الألباني : صحيح
Noman İbn Bəşir  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah göyləri və yerləri yaratmamışdan əlli min öncə kitab yazdı və o kitabdan iki ayə nazil edərək Bəqərə surəsini möhürlədi. Bu ayə üç gecə bir evdə oxunarsa şeytan o, evə yaxınlaşmaz”1545.
عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ قَالَ سَمِعْتُ النَّوَّاسَ بْنَ سَمْعَانَ الْكِلاَبِىَّ يَقُولُ سَمِعْتُ النَّبِىَّ –صلى الله عليه وسلم- يَقُولُ « يُؤْتَى بِالْقُرْآنِ يَوْمَ الْقِيَامَةِ وَأَهْلِهِ الَّذِينَ كَانُوا يَعْمَلُونَ بِهِ تَقْدُمُهُ سُورَةُ الْبَقَرَةِ وَآلُ عِمْرَانَ ». وَضَرَبَ لَهُمَا رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- ثَلاَثَةَ أَمْثَالٍ مَا نَسِيتُهُنَّ بَعْدُ قَالَ «كَأَنَّهُمَا غَمَامَتَانِ أَوْ ظُلَّتَانِ سَوْدَاوَانِ بَيْنَهُمَا شَرْقٌ أَوْ كَأَنَّهُمَا حِزْقَانِ مِنْ طَيْرٍ صَوَافَّ تُحَاجَّانِ عَنْ صَاحِبِهِمَا )إذ قال النبي صلى الله عليه و سلم وأهله الذين يعملون به في الدنيا ففي هذا دلالة أنه يجيء ثواب العمل(».
Nəvvas İbn Səman  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quran və Quranla dünyada ikən əməl edənlər Qiyamət günü gətiriləcəkdir. İrəlidə BəqərəAli İmran surələri olacaqdır”. Nəvvas: “Peyğəmbər  bu iki surə barəsində elə bir şey söylədi ki, mən heç vaxt onları unutmaram” dedi. Həqiqətən bu iki surə Qiyamət günü iki qara bulud kimi gəlib və ya iki kölgə və ya göydə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib oxucularını qoruyacaqdır (Çünki Peyğəmbər  buyurmuşdu: Quranla dunyada ikən əməl edənlər – bu da dəlildir ki, əməlin savabı gələcəkdir)“1546.
حَدَّثَنِى أَبُو أُمَامَةَ الْبَاهِلِىُّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- يَقُولُ « اقْرَءُوا الْقُرْآنَ فَإِنَّهُ يَأْتِى يَوْمَ الْقِيَامَةِ شَفِيعًا لأَصْحَابِهِ اقْرَءُوا الزَّهْرَاوَيْنِ الْبَقَرَةَ وَسُورَةَ آلِ عِمْرَانَ فَإِنَّهُمَا تَأْتِيَانِ يَوْمَ الْقِيَامَةِ كَأَنَّهُمَا غَمَامَتَانِ أَوْ كَأَنَّهُمَا غَيَايَتَانِ أَوْ كَأَنَّهُمَا فِرْقَانِ مِنْ طَيْرٍ صَوَافَّ تُحَاجَّانِ عَنْ أَصْحَابِهِمَا اقْرَءُوا سُورَةَ الْبَقَرَةِ فَإِنَّ أَخْذَهَا بَرَكَةٌ وَتَرْكَهَا حَسْرَةٌ وَلاَ تَسْتَطِيعُهَا الْبَطَلَةُ ». قَالَ مُعَاوِيَةُ بَلَغَنِى أَنَّ الْبَطَلَةَ السَّحَرَةُ.
Əbu Uməmə əl-Bəhili  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quran oxuyun! Həqiqətən Quran Qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcək. “Zəhraveyni” iki çiçək yəni: əl-Bəqərə Ali İmran surələrini oxuyun! Həqiqətən bu iki surə Qiyamət günü iki bulud kimi gəlib və ya iki kölgə və ya göydə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib oxucularını qoruyacaqdır. əl-Bəqərə surəsini oxuyun! Həqiqətən onu bərəkət, onu tərk etmək isə peşmançılıqdır. Sehirbazların ona gücü çatmaz”1547.
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ بَيْنَمَا جِبْرِيلُ قَاعِدٌ عِنْدَ النَّبِىِّ –صلى الله عليه وسلم- سَمِعَ نَقِيضًا مِنْ فَوْقِهِ فَرَفَعَ رَأْسَهُ فَقَالَ هَذَا بَابٌ مِنَ السَّمَاءِ فُتِحَ الْيَوْمَ لَمْ يُفْتَحْ قَطُّ إِلاَّ الْيَوْمَ فَنَزَلَ مِنْهُ مَلَكٌ فَقَالَ هَذَا مَلَكٌ نَزَلَ إِلَى الأَرْضِ لَمْ يَنْزِلْ قَطُّ إِلاَّ الْيَوْمَ فَسَلَّمَ وَقَالَ أَبْشِرْ بِنُورَيْنِ أُوتِيتَهُمَا لَمْ يُؤْتَهُمَا نَبِىٌّ قَبْلَكَ فَاتِحَةُ الْكِتَابِ وَخَوَاتِيمُ سُورَةِ الْبَقَرَةِ لَنْ تَقْرَأَ بِحَرْفٍ مِنْهُمَا إِلاَّ أُعْطِيتَهُ.
Abdullah İbn Abbas  rəvayət edir ki, Cəbrail  Peyğəmbərin  yanında oturan zaman Peyğəmbər  yuxarıdan şiddətli bir səs eşitdi və başını qaldırdı. (Cəbrail) dedi: “Bu, göydə olan bir qapıdır. Bundan əvvəl heç vaxt açılmayıb, yalnız bu gün açıldı. Oradan bir mələk endi. (Cəbrail) dedi: “Bu Yer üzünə enən bir mələkdir. Bu günə qədər Yer üzərinə heç enməmişdir”. Mələk salam verdi və dedi: “Sənə verilən iki nur ilə müjdələn! Bu iki nur səndən əvvəl heç bir peyğəmbərə verilmədi. Bu iki nur, Kitabı açan “əl-Fatihə” surəsi və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər bir hərfə görə sənə (savab, istədiyin) veriləcəkdir!”1548.
عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- «يَا أَبَا الْمُنْذِرِ أَتَدْرِى أَىُّ آيَةٍ مِنْ كِتَابِ اللَّهِ مَعَكَ أَعْظَمُ». قَالَ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « يَا أَبَا الْمُنْذِرِ أَتَدْرِى أَىُّ آيَةٍ مِنْ كِتَابِ اللَّهِ مَعَكَ أَعْظَمُ ». قَالَ قُلْتُ اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ. قَالَ فَضَرَبَ فِى صَدْرِى وَقَالَ « وَاللَّهِ لِيَهْنِكَ الْعِلْمُ أَبَا الْمُنْذِرِ ». زَادَ أَحْمَد :«وَالَّذِي نَفْسِي بِيِدَهِ! إِنَّ لَهَا لِسَاناً وَشَفَتَينِ ، تُقَدِّس الْمَلِكَ عَنْدِ سَاقِ الْعَرشِ».
Ubeyyə İbn Kəab  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ey Əbu Munzir! Bilirsənmi Allahın Kitabından əzbərlədiyin hansı ayə daha (əzəmətlidir) böyükdür?” Mən: “Doğrusunu Allah və Elçisi bilər!” deyə cavab verdim. Peyğəmbər: “Ey Əbu Munzir! Bilirsənmi Allahın Kitabından əzbər­lədiyin hansı ayə daha (əzəmətlidir) böyükdür?”. Mən: “Allahu Lə İləhə İllə Huval Hayyul Qayyum” (əl-Bəqərə 255) deyə cavab verdim. Peyğəmbər  sinəmə vurdu və dedi: “Elm sənə halal olsun, ey Əbu Munzir!”1549. Başqa rəvayətdə deyilir: “Canım Əlində Olana and olsun ki, onun dili və dodaqları vardır, Ərşin ayağında olan mələk onu müqəddəs tutur“.1550
عن أنس قال : قال رسول الله صلى الله عليه و سلم: آية الكرسي ربع القرآن . قال الشيخ الألباني : ضعيف
Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ayətul Kursi Quranın 4/1-dir”1551.
قال رسول الله صلى الله عليه و سلم: أعطيت آية الكرسي من تحت العرش . قال الشيخ الألباني : ضعيف
Peyğəmbər  buyurdu: “Ayətul Kursi mənə ərşin altından verildi“1552.
عن علي قال : قال رسول الله صلى الله عليه و سلم: سيد الناس آدم و سيد العرب محمد و سيد الروم صهيب و سيد الفرس سلمان و سيد الحبشة بلال و سيد الجبال طور سيناء و سيد الشجر السدر و سيد الأشهر المحرم و سيد الأيام الجمعة و سيد الكلام القرآن و سيد القرآن البقرة و سيد البقرة آية الكرسي أما إن فيها خمس كلمات في كل كلمة خمسون بركة . قال الشيخ الألباني : ضعيف
Əli  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İnsanların seyyidi Adəm, ərəblərin seyidi Muhəmməd, Rumun seyyidi Suheyb, Farsların seyyidi Salman, Həbəşilərin seyyidi Bilal, Dağların seyyidi Tur və Sinə, Ağacların seyyidi Sidr, Ayların seyyidi Məhərrəm, günlərin seyyidi Cümə, kəlmələrin seyyidi Quran, Quranın seyyidi Bəqərə, Bəqərənin seyyidi Ayətul Kursi, onda beş kəlimə vardır ki, hər kəlimədə 50 bərəkət vardır”1553.
عن عمران بن حصين قال : قال رسول الله صلى الله عليه و سلم: فاتحة الكتاب و آية الكرسي لا يقرؤهما عبد في دار فيصيبهم ذلك اليوم عين إنس أو جن . قال الشيخ الألباني : ضعيف
İmran İbn Huseyn  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Fatihə surəsi və Ayətul Kursini evində oxuyan kimsə insan və cinlərin gözündən qorunar“1554.
عن أبي هريرة مرفوعا قال : قال رسول الله صلى الله عليه و سلم: آيتان هما قرآن وهما يشفعان، وهما مما يحبهما الله، الآيتان في آخر سورة البقرة. قال الشيخ الألباني : ضعيف جدا
Əbu Hureyrə  mərfu olaraq Peyğəmbərdən  rəvayət edir ki: “2 ayə vardır ki, onlar Qurandandır və onlar şəfadır. Və onlar Allahın sevdiklərindən-dir. Bəqərə surəsinin son iki ayəsidir“1555.
قال رسول الله صلى الله عليه و سلم: أعطيت سورة البقرة من الذكر الأول ، وأعطيت طه والطواسين من ألواح موسى ، وأعطيت فاتحة الكتاب وخواتيم البقرة من تحت العرش ، وأعطيت المفصل نافلة. قال الشيخ الألباني : ضعيف
Peyğəmbər  buyurdu: “İlk zikr mənə Bəqərə verildi, Taha və Musanın lövhələri verildi. Ərşin altından Bəqərə surəsinin son iki ayəsi və Fatihə verildi. Mufəssəl surələr isə nafilə olaraq verildi“1556.
قال رسول الله صلى الله عليه و سلم: ما خيب الله امرأ قام في جوف الليل فافتتح سورة البقرة وآل عمران و نعم كنز المرء البقرة و آل عمران . قال الشيخ الألباني : ضعيف
Peyğəmbər  buyurdu: “Gecəni Bəqərə və Ali İmran (surələrini oxuyaraq keçirəni) Allah puça çıxarmaz. Nə gözəl xəzinədir Bəqərə və Ali İmran surələri“1557.
قال رسول الله صلى الله عليه و سلم: اقرءوا سورة البقرة في بيوتكم و لا تجعلوها قبورا و من قرأ سورة البقرة توج بتاج في الجنة. قال الشيخ الألباني : موضوع
Peyğəmbər  buyurdu: “Evlərinizdə Bəqərə surəsini oxuyun və evlərinizi qəbristanlığa çevirnəyin. Kim Bəqərə surəsini oxuyarsa ona Cənnət tacından bir Tac qoyular“1558.
عن أبي ذر قال : قال رسول الله صلى الله عليه و سلم: أعطيت هذه الآيات من آخر سورة البقرة من كنز تحت العرش لم يعطها نبي قبلي . قال الشيخ الألباني : صحيح
Əbu Zərr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Məndən öncə heç bir Peyğəmbərə verilməyən Bəqərə surəsinin son iki ayəsi mənə Ərşin altından iki xəzinə olaraq verilmişdir“1559.
عن عقبة بن عامر قال : قال رسول الله صلى الله عليه و سلم: اقرءوا هاتين الآيتين اللتين في آخر سورة البقرة فإن ربي أعطانيهما من تحت العرش . قال الشيخ الألباني : صحيح
Uqbə İbn Amir  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bəqərə surəsinin son iki ayəsini oxuyun. Çünkü Rəbbim mənə onu Ərşin altından vermişdir“1560.
عن أبي ذر قال : قال رسول الله صلى الله عليه و سلم: إن الله ختم سورة البقرة بآيتين أعطانيهما من كنزه الذي تحت العرش فتعلموهن و علموهن نساءكم و أبناءكم فإنها صلاة و قرآن و دعاء . قال الشيخ الألباني : ضعيف
Əbu Zərr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah bu iki ayə ilə Bəqərə surəsinə xətm vermişdir. Bu xəzinə mənə Ərşin altından verilmişdir. Bu iki ayəni öyrənin və öyrədin qadınlarınıza, övladlarınıza. Onunla namaz qılın, dua edin və oxuyun“1561.
عن حذيفة قال : قال رسول الله صلى الله عليه و سلم: فضلنا على الناس بثلاث : جعلت صفوفنا كصفوف الملائكة و جعلت لنا الأرض كلها مسجدا و جعلت تربتها لنا طهورا إذا لم نجد الماء و أعطيت هذه الآيات من آخر سورة البقرة من كنز تحت العرش لم يعطها نبي قبلي . قال الشيخ الألباني : صحيح
Huzeyfə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Biz insanlardan (ümmətlərdən) 3 şeylə üstün edildik: Səflərimiz mələklərin səfəri kimi edildi, yer üzü mənim üçün bütünlüklə səcdəgah seçildi, su tapmadıqda belə torpaq mənim üçün təmiz qərar verildi. Məndən öncə heç bir Peyğəmbərə verilməyən xəzinə olaraq Ərşin altından mənə Bəqərə surəsinin iki ayəsi verilmişdir”1562.
عَنْ أُسَيْدِ بْنِ حُضَيْرٍ قَالَ بَيْنَمَا هُوَ يَقْرَأُ مِنْ اللَّيْلِ سُورَةَ الْبَقَرَةِ وَفَرَسُهُ مَرْبُوطَةٌ عِنْدَهُ إِذْ جَالَتْ الْفَرَسُ فَسَكَتَ فَسَكَتَتْ فَقَرَأَ فَجَالَتْ الْفَرَسُ فَسَكَتَ وَسَكَتَتْ الْفَرَسُ ثُمَّ قَرَأَ فَجَالَتْ الْفَرَسُ فَانْصَرَفَ وَكَانَ ابْنُهُ يَحْيَى قَرِيبًا مِنْهَا فَأَشْفَقَ أَنْ تُصِيبَهُ فَلَمَّا اجْتَرَّهُ رَفَعَ رَأْسَهُ إِلَى السَّمَاءِ حَتَّى مَا يَرَاهَا فَلَمَّا أَصْبَحَ حَدَّثَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ اقْرَأْ يَا ابْنَ حُضَيْرٍ اقْرَأْ يَا ابْنَ حُضَيْرٍ قَالَ فَأَشْفَقْتُ يَا رَسُولَ اللَّهِ أَنْ تَطَأَ يَحْيَى وَكَانَ مِنْهَا قَرِيبًا فَرَفَعْتُ رَأْسِي فَانْصَرَفْتُ إِلَيْهِ فَرَفَعْتُ رَأْسِي إِلَى السَّمَاءِ فَإِذَا مِثْلُ الظُّلَّةِ فِيهَا أَمْثَالُ الْمَصَابِيحِ فَخَرَجَتْ حَتَّى لَا أَرَاهَا قَالَ وَتَدْرِي مَا ذَاكَ قَالَ لَا قَالَ تِلْكَ الْمَلَائِكَةُ دَنَتْ لِصَوْتِكَ وَلَوْ قَرَأْتَ لَأَصْبَحَتْ يَنْظُرُ النَّاسُ إِلَيْهَا لَا تَتَوَارَى مِنْهُمْ.
Useyd İbn Xudeyr  deyir ki, xurma qurudmaq üçün düzəldilmiş anbarda idim. Bəqərə surəsini oxuyurdum. Birdən atım hürkdü. Mən Quran oxumağa davam etdim, atım yenə də hürkdü. Mən yenə də oxumağa davam etdim. Atım yenə də hürkdü. Qorxdum ki, at (oğlum) Yəhyanı ayaqlayar. Uşağa yaxınlaşıb (qucağıma götürdükdə) başımın üzərində (səmada) havada sallanaraq çıraq kimi nur saçan buluda oxşar bir şeylər gördüm. Sonra səmaya yüksələrək yox oldular. Səhəri Peyğəmbərin  yanına gələrək dedim: “Ya Rəsulullah! Dünən gecə anbarda Quran oxuyurdum, bu zaman atım hürkdü”. Peyğəmbər: “Oxu! Əbu Xudeyr” deyə buyurdu. Mən: “Yenə oxumağa başladı, atım hürkdü” dedim. Peyğəmbər: “Oxu! Əbu Xudeyr” deyə buyurdu. Mən: “Yenə oxumağa başladı, atım hürkdü” dedim. Peyğəmbər: “Oxu! Əbu Xudeyr” deyə buyurdu. Sonra oxumağı dayandırdım. Çünki oğlum Yəhya atın yanında uzanmışdı. Qorxdum ki, onu tapdalıyar. İçində çıraq kimi nur saçan buluda oxşar bir şeylər grdüm. Lakin sonra yox oldular. Peyğəmbər: «Bilirsənmi bu nə idi?». Mən: «Xeyr» deyə cavab verdim. Peyğəmbər: «Bunlar Mələklər idi. Sənin səsinə (qulaq asmaq üçün) gəlmişlər. Əgər (səhərə qədər) oxumağa davam etsəydin bu mənzərəni insanlar da seyr edərdilər və onlar heç kəsə də gizli qalmazdırlar»1563.
ما ورد في سُورَةَ الْكَهْفِ

KƏHF SURƏSİ BARƏSİNDƏ NƏ GƏLİB
عَنْ أَبِى إِسْحَاقَ عَنِ الْبَرَاءِ قَالَ كَانَ رَجُلٌ يَقْرَأُ سُورَةَ الْكَهْفِ وَعِنْدَهُ فَرَسٌ مَرْبُوطٌ بِشَطَنَيْنِ فَتَغَشَّتْهُ سَحَابَةٌ فَجَعَلَتْ تَدُورُ وَتَدْنُو وَجَعَلَ فَرَسُهُ يَنْفِرُ مِنْهَا فَلَمَّا أَصْبَحَ أَتَى النَّبِىَّ –صلى الله عليه وسلم- فَذَكَرَ ذَلِكَ لَهُ فَقَالَ « تِلْكَ السَّكِينَةُ تَنَزَّلَتْ لِلْقُرْآنِ ».
Bəra İbn Azim  rəvayət edir ki, bir nəfər Kəhf surəsini oxuyurdu. Yanında isə iplə bağlı atı da var idi. Bu vaxt bir bulud kölgə salaraq ona yaxınlaşmağa başladı. At isə hürkdü. Səhəri bu kimsə Peyğəmbərin  yanına gələrək olanları ona başa saldı. Peyğəmbər: «Bu bir səkinət olub Quran üçün enmişdir”1564.
عَنْ سَهْلِ بْنِ مُعَاذٍ عَنْ أَبِيهِ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ مَنْ قَرَأَ أَوَّلَ سُورَةِ الْكَهْفِ وَآخِرَهَا كَانَتْ لَهُ نُورًا مِنْ قَدَمِهِ إِلَى رَأْسِهِ وَمَنْ قَرَأَهَا كُلَّهَا كَانَتْ لَهُ نُورًا مَا بَيْنَ السَّمَاءِ إِلَى الْأَرْضِ. تعليق شعيب الأرنؤوط : إسناده ضعيف
Səhl İbn Muaz atasından rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim Kəhf surəsini əvvəlini və ya axırını oxuyarsa ayağının altından başına kimi nur olar. Kim bu surəni bütünlüklə oxuyarsa yer ilə göy arası qədər nur olar“1565.
عن أبي سعيد الخدري قال : قال رسول الله صلى الله عليه وسلم : من قرأ سورة الكهف) كما أنزلت( كانت له نورا يوم القيامة، من مقامه إلى مكة ، و من قرأ عشر آيات من آخرها ثم خرج الدجال لم يضره )لم يسلط عليه )أو لم يكن له عليه سبيل(، و من توضأ فقال: سبحانك اللهم و بحمدك )أشهد أن( لا إله إلا أنت أستغفرك و أتوب إليك ، كتب في رق ، ثم جعل في طابع ، فلم يكسر إلى يوم القيامة " . قال الشيخ الألباني : صحيح
Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim Kəhf surəsini nazil olduğu kimi oxuyarsa Qiyamət günü durduğu yerdən Məkkəyə qədər nur olar. Kim axır ayələrindən 10 ayə oxuyarsa və Dəccəl çıxarsa ona zərər vurmaz (təsir etməz, əleyhinə yol tapmaz) Kim dəstəmaz alıb və: “Subhənəkə Allahummə Və Bihəmdik, Əşhədu Ən Lə Ilahə Illə Əntə, Əstəğfirukə Və Ətubu Ileyk – Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm – deyərsə, bu (söz) bir dəriyə yazılar, üzərinə möhür vurular Qiyamət gününə qədər o, möhür açılmaz (qırılmaz)“1566.
قال رسول الله صلى الله عليه وسلم: ألا أخبركم بسورة ملأت عظمتها ما بين السماء والأرض؟ ولقارئها من الأجر مثل ذلك، ومن قرأها غفر له ما بينه وبين الجمعة الأخرى، وزيادة ثلاثة أيام؟ قالوا: )بلى( قلا: سورة الكهف. قال الشيخ الألباني : ضعيف جدا
Peyğəmbər  buyurdu: “Sənə Səma ilə yer arasını dolduran əzəmətli surə haqqında xəbər verimmi? Onu oxuyana (yer və göy) arası qədər də savab vardır, onu oxuyana cümə ilə digər cümə arası (günahları) bağışlanar və 3 gündə əlavə”. Mən: “Bəli” dedim. Peyğəmbər: “Kəhf surəsi” deyə buyurdu1567.
عن ابن عباس : قال رسول الله – صلى الله عليه وسلم: سورة الكهف تدعى في التوراة: الحائلة؛ تحول بين قارئها وبين النار. قال الشيخ الألباني : ضعيف جدا
Peyğəmbər  buyurdu: “Kəhf surəsi Tövratda – Mane olan adlanır. Onu oxuyan ilə atəş arasında bir mane olar”1568.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin