ALTINCI HİSSƏ
QƏZA VƏ QƏDƏRƏ İMAN
Biz,
Allahın əzəli elmi və uca hikmətinə uyğun olaraq, bütün yaradılanlara təqdir etdiyi qədərin həm xeyrinə, həm də şərinə iman edirik.
QƏDƏRƏ İMANIN DÖRD MƏRTƏBƏSİ VAR:
Birinci mərtəbə: Elm
Biz,
Allahın hər şeyi bildiyinə iman edirik.92 O, keçmişdə olanla gələcəkdə olanı, onun necə olacağını, əzəli və əbədi elmi ilə bilir. Onun bir şeydən xəbərsiz olması və sonra bilməsi və ya bildiyi halda unutması mümkün deyildir (Çünki O hər şeyi əzəldən bəri bilir. Sonradan öyrənməz, bildiyini də əsla unutmaz).
İKİNCİ MƏRTƏBƏ: KİTABA YAZMASI
Biz,
Allahın qiyamət gününə qədər baş verəcək hər şeyi «Lövhi-Məhfuz» adlı kitabda yazdığına iman edirik. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Məgər bilmirsənmi ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu Yazıda (Lövhi-Məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu Allah üçün asandır!». (Həcc 70)93
Dostları ilə paylaş: |