Bitirdim: Hicri 1426 - cı il 21 Ramazan
Miladi 2005 - ci il 24 Oktyabr
Həmd olsun aləmlərin Rəbbi olan Allaha. (Yunus 10)
BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
MÜQƏDDİMƏ
Həmd Allaha məxsusdur. Ondan sonra peyğəmbər gəlməyəcək Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!
Fəzilətli qardaşımız Muhəmməd b. Saleh əl-Useyminin topladığı, Əhli Sünnə5 vəl Cəməanın əqidəsini əhatə edən - Allahın təkliyinə, ad və sifətlərinə, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qəza və qədərin xeyir və şərinə iman şərtlərini özündə birləşdirən qiymətli əsərini nəzərdən keçirdim.
Müəllif bu əsərində Əhli Sünnə vəl Cəməanın əqidəsini topladıqda çox gözəl üslubdan istifadə edərək Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qəza və qədərin xeyir və şərinə iman mövzusunda elm tələbəsinin və kişili-qadınlı hər bir müsəlmanın ehtiyac duyduğu şeyləri qeyd etmişdir. Həmçinin buraya əqidə mövzusunda yazılmış bir çox kitablarda tapılmayan bəzi faydaları da əlavə etmişdir.
Allah onu mükafatlandırsın, elmini və hidayətini artırsın! Bu və başqa mövzularda yazdığı kitablarını müsəlmanlar üçün faydalı etsin! Bizi, onu və digər müsəlmanları doğru yola yönəldən və faydalı elmə sahib olub Allahın dininə dəvət edənlərdən etsin!
Şübhəsiz ki, O layiqincə eşidən (qullarının duasına cavab vermək üçün onlara) yaxın olandır.
Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!
Dostları ilə paylaş: |