ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Ev şəraitində zeytunun marinada qoyulması



Yüklə 1,04 Mb.
səhifə28/65
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#108633
1   ...   24   25   26   27   28   29   30   31   ...   65
2.10. Ev şəraitində zeytunun marinada qoyulması
Ev şəraitində əsasən tumlu və tumu çıxarılmış zeytun marinada qoyulur. Zeytun adi qaydada seçilir, təmizlənir, yuyulur və 2 gün 5 – 7%- li duz məhlulunda saxlanılır. Acılığı çıxdıqdan sonra zeytun banka və ya balona yığılır. Hər qablaşdırma vahidinə həcmindən asılı olaraq 2 – 3 diş təmizlənmiş sarımsaq, bir neçə qənəd cəfəri göyərtisi, acı qırmızı istiot, 3 – 4 xörək qaşığı limon şirəsi, litrlik bankaya 1 çay qaşığı duz, 1 – 2 xörək qaşığı zeytun yağı və öz zövqünüzə görə digər ətirli- ədviyyəli bitkilər əlavə edə bilərsiniz. Bankalar hermetik bağlanır və sərin yerdə saxlanır (11).

Bir başqa üsulla əvvəlcədən emal edilmiş zeytunları bir qədər enli bıçaqla sıxıb azacıq əzmək daha yaxşıdır. Zeytunların üzərinə xırda doğranmış sarımsaq, xırda çərtilmiş göyərti, acı istiot, limon şirəsi və zeytun yağı əlavə edib yaxşıca qarışdırırıq. Qarışığı bankalara yığıb ağzını bərk bağladıqdan (plastmas qapaqla) sonra 4 – 5 gün soyuducuda saxlayırıq. Xoşagələn turşməzə dadlı zeytunlar süfrəyə sərbəst qəlyanaltı kimi verilə bilər.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin