Tədqiqatın elmi yeniliyi. Tədqiqatın nəticəsi olaraq tərəfimizdən ilk dəfə “Bakı Yağ və Qida Fabriki” MMC- də istehsal olunan və Bakı ticarətində realizə olunan zeytun yağlarının keyfiyyət göstəricilərinin ekspertizası aparılmışdır. Zeytun yağlarının orqanoleptiki göstəricilərindən xarici görünüşü, iyi, dadı, rəngi, şəffaflığı və digər göstəricilər müəyyən edilmişdir. Fiziki-kimyəvi göstəricilərdən xalis çəkisi, nəmliyi və tez buxarlanan maddələrin kütlə payı, xüsusi çəkisi, şüasındırma əmsalı, turşuluq və yod ədədləri müəyyən edilmişdir. Alınan nəticələr standart göstəricilərlə müqayisə edilmişdir.