ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)



Yüklə 1,04 Mb.
səhifə44/65
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#108633
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
Zeytun yağı sümüyün

inkişafına kömək edir
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaq­la­rındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablan­ma­ya) səbəb olan revmatizmal artrit keçirmək riski azalır.

Zeytun yağının tərkibindəki E, A, D və K vita­minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişa­fına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla bədəndə istifadəsinə kömək edir. Həmçinin sümük mineralizasiyasını (mi­ne­ralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kal­sium itkisinə əngəl olur. Sümüklər orqanizmin mineral quruluşunun anbarını yaradır və sümüklərdə mi­neral yığımı olmayanda sümük yumşalması kimi cid­di problem əmələ gəlir. Bu baxımdan zeytun yağının skelet quruluşuna çox müsbət təsiri var.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin