ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)



Yüklə 1,04 Mb.
səhifə56/65
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#108633
1   ...   52   53   54   55   56   57   58   59   ...   65
Reyxert-Meysel ədədi 5 qr hidroliz olunmuş yağı su buxarı ilə distillə etdikdə ondan su ilə birlikdə qovulan və suda həll olan xırda molekulalı uçucu yağ turşularının neytrallaşmasına sərf olunan 0,1 n qələvinin ml-lə miqdarını göstərir. Zeytun yağında bu göstərici 0,2- 1,0 arasında olur.

Polensk ədədi 5 qr hidroliz olunmuş yağı distillə etdikdə ondan qovulan və suda həll olmayan yağ turşularının neytrallaşmasına sərf olunan 0,1 n qələvinin ml-lə miqdarını göstərir. Zeytun yağında bu göstərici 9 - 10 arasında olur.

Yağların insan orqanizmində tez və ya gec, az və ya çox mənimsənilməsi yağın ərimə və donma temperaturundan asılıdır. Yağın ərimə temperaturu nə qədər aşağı və orqanizmin temperaturuna yaxın olarsa, bir o qədər asan həzm olunur. Ərimə temperaturu 36oC-dən aşağı olan yağlar 97-98%, ərimə temperaturu 36oC-dən yüksək olan yağlar isə 84-95% mənimsənilir. Zeytun yağları otaq temperaturunda maye halında olduğu üçün insan orqanizmində 98-99% mənimsənilir. 4.2 saylı cədvəldə ədəbiyyat (6, 8, 25) məlumatlarına görə zeytun yağının yağ turşu tərkibi və fiziki-kimyəvi göstəriciləri verilmişdir.

Biz laboratoriya şəraitində zeytun yağının nisbi sıxlığı, şüasındırma əmsalı, turşuluq və yod ədədlərini təyin etmişik. Alınmış nəticələrə görə həmin yağların keyfiyyəti haqqında fikir söylənilmişdir. Zeytun yağının fiziki-kimyəvi göstəricilərinin tədqiqindən alınan nəticələr 4.3. saylı cədvəldə verilir. Hər göstərici üzrə 5 dəfə təkrar analiz aparılmış və orta hesabi qiymət tapılmışdır. Alınan orta qiymət standart və ədəbiyyat göstəriciləri ilə müqayisə edilmişdir.

Жядвял 4.2.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin