Sarı böyürtkən – Морошка – Rubus chamaemorus L. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən sürünən kökü, dikdayanan gövdəli, beş və ya yeddidilimli dairəvi yarpaqları, yaxşı inkişaf etmiş beşləçəkli iri ağ çiçəkləri olan çoxillik ot bitkisidir. Meyvəsi mürəkkəb, narıncı-sarı və daxilində 20-yə qədər kiçik toxumları olan mürəkkəb giləmeyvədir. May-iyunda çiçəkləyir, meyvəsi iyul-avqusta yetişir. Bu şaxtaya davamlı bitki Rusiyanın Avropa hissəsinin şimal bölgələrində, Sibirdə, Uzaq Şərqdə daha çox rast gəlinir. Torflu bataqlıqlarda, bataqlıqlı meşələrdə və hətta tundrada bitir.
Şirin giləmeyvəsinin tərkibində 3% şəkər, 1%-ə qədər limon turşusu, 4%-ə qədər sellüloza, aşı maddəsi, 30 mq% C vitamini və digər bioloji fəal maddələr vardır. Qidaya təzə, bişirilmiş və isladılmış (моченые) halda istifadə olunur. Ondan mürəbbə, cem, jele, muss, şirə, hətta şərab hazırlanır. Təzə giləmeyvəsini şəkərlə konservləşdirib (çiy mürəbbə) uzun müddət sərin yerdə saxlamaq olar. Daşımaq üçün tam yetişməmiş meyvələr yararlıdır.
Dostları ilə paylaş: |