Avakadonun müalicəvi xassələri. Şəkərli diabet xəstəliyində məsləhət görülür (çünki tərkibində 1,6% şəkər var). Qanı az olanlara, qastrit və mədə şirəsinin turşuluğu az olan xəstələrə avakado məsləhət görülür. Avakado meyvəsi hipertoniya xəstəliyində və aterosklerozda faydalıdır.
Avakado yarpaqlarında kakao paxlasında olan teobromin kimi orqanizmə təsir edən efir yağı olduğundan xalq təbabətində istifadə olunur. Yarpaqlarından (bəzən toxumlarından) alınan həlimdən ishala qarşı, yarpaqlarından isə ətriyyat sənayesində istifadə etmək olar.
Meyvəsinin qabığı, yarpaqlar və zərif budaqları xalq təbabətində qurdqovucu vasitə və mədə-bağırsaq pozuntularında istifadə olunur. Fransada avakado yağının sabunlaşmayan fraksiyası əsasında xüsusi preparat hazırlanır və yaşlı insanlarda özünü hiss etmədikdə, ekzemada və dərinin iltihabında tətbiq olunur.
Dostları ilə paylaş: |